Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslanlı Kiprə qaçarkən yaxalandı


Türkiyədə 7 tələbəni Böyük Britaniya universitetlərində oxutmaq adı altında aldadan və minlərlə dollarını ələ keçirən Azərbaycan vətəndaşı Ramiz Aslanlı Şimali Kiprə qaçarkən sərhəddə yaxalanıb


Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs Girnə Amerikan Universitetində işləyirmiş.

Məlumata görə Aslanlı cəmi 7 tələbəni aldadıb, onlardan 8 min 430 funt-sterlinq, 2500 ABŞ dolları, 1900 avro alıb. Həmin pulları Britaniya universitetlərinə köçürmək adı altında özünün xarici bank hesabına köçürüb, daha sonra Türkiyədən qaçmağa cəhd edib. Aslanlı Şimali Kiprə daxil olarkən saxlanılı.

Girne Polis Müdirliyinin məmuru Hüseyin Soyel bildirib ki, saxlanılan Ramiz Aslanlı etibardan sui-istifadə etmə və dələduzluqda ittiham edilir. Onun sözlərinə görə, Aslanlı 13 iyul-10 oktyabr tarixləri arasında 7 tələbəni London Universitetində oxutmaq adı altında aldadıb, onların pullarını həmin universitetə təhsil haqqı kimi köçürmək əvəzinə özünün “Barcleys Bank”dakı hesabına köçürüb.

Soyel istintaqın davam etdiyini, şübhəlinin həmin bank hesabını açıqlamaqdan yayındığını, ziddiyətli ifadələr verdiyini deyib. Aslanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Qərbi Azərbaycan Xronikası: Şah İsmayılın verdiyi sənəd Çaxırlı kəndində təsdiqlənib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Sabah Bakıda küləyin sürəti 15-20 m/s-ə çatacaq

Cəlilabadda 3 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub 

Ən çox oxunanalar