Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ölkəmizin növbəti diplomatik qələbəsidir

Mayın 24-də Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri 32 illik işğaldan sonra Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Rəsmi Bakı və İrəvan arasında aparılan delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla da 6,5 kvadratkilometr ərazinin Azərbaycana qaytarılması təmin olunub. Kəndlərimizə nəzarətin təmin edilməsi ilə bağlı Prezident, Ali Baş Komandan İlham Əliyevə DSX-nın general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Sultanov məruzə edib.

Qazaxın 4 kəndində dövlət suverenliyinin bərpa edilməsi dövlət başçısının müdrik siyasətinin və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfərin nəticəsidir. İkinci Qarabağ müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri, Qisas əməliyyatları və 2023-cü ilin sentyabr ayında Xankəndi və ətraf ərazilərin azad edilməsi Azərbaycana qalib ölkə imici qazandırdı. Məhz bu amil danışıqlar prosesində rəsmi Bakının diktə edən tərəfə çevrilməsində başlıca rol oynayıb. Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə aprelin 19-da AzərbaycanErmənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ErmənistanAzərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və Sərhəd Təhlükəsizliyi üzrə Komissiyanın səkkizinci görüşünün protokolu imzalanıb. Protokolun həyata keçirilməsi üçün sərhəd xəttinin koordinatları üzrə dəqiqləşdirmə aparılıb və birgə çöl işlərinin nəticələri haqqında texniki protokol tərtib edilib. Mayın 15-də isə AzərbaycanErmənistan arasında sərhəddə komissiyaların növbəti doqquzuncu görüşü keçirilib. Sözügedən texniki protokol razılaşdırılıb və bu barədə komissiyalar müvafiq protokol imzalayıblar.

Kəndlərin nəzarətə keçməsindən sonra burada yaxın gələcəkdə sərhəd infrastrukturunun yaradılması nəzərdə tutulur. Bunun üçün Azərbaycanın mövcud olan əvvəlki sərhəd xətti yeni mövqelərə daşınacaq. Həmin ərazilərdə zəruri olan sərhəd qüllələri və sərhəd maneə xətti yerləşdiriləcək. Bu ərazilərdə mövcud olan hakim yüksəkliklər Dövlət Sərhəd Xidmətinin tamamilə nəzarətində olacaq ki, bu da gələcəkdə Ermənistan ordusunun fəaliyyətini müşahidə etməyə və onlara qarşı adekvat tədbirlər görməyə imkan verəcək. İstənilən halda Ermənistanın bir güllə atılmadan Azərbaycan ərazilərini geri qaytarması ondan xəbər verir ki, İrəvanın ali siyasi rəhbərliyi Ali Baş Komandanımızın yanvarın 10-da səsləndirdiyi və bu dörd kəndin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə bəyanatını kifayət qədər ciddi qəbul edir və bu addım gələcəkdə AzərbaycanErmənistan arasındakı etimadın möhkəmlənməsi və sülh sazişinin imzalanması üçün münbit şərait yarada bilər. 

Bir zamanlar 7902 soydaşımızın ata-baba yurdu olan, Qazaxın yeddi kəndi Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Maraqlısı olan odur ki, vaxtilə 2005 ailənin yaşadığı bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir.

İşğal tarixinə nəzər salsaq görərik ki, Qazaxın Bağanis Ayrım kəndi 1990-cı il mart ayının 24-də Ermənistan ordusunun nəzarətinə keçib. İşğal zamanı, yəni 1990-cı ilin martında ən dəhşətli hadisələr Bağanis Ayrım kəndində baş verib. Ermənilər kənddəki bir ailənin körpəsindən qocasına qədər beş üzvünü diri-diri yandırıb. Kəndin altı yüzdən çox sakini yaşayış məntəqəsindən didərgin düşüb. 1992-ci ilin müxtəlif aylarında Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızılhacılı və Aşağı Əskipara kəndləri işğal edilib. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb.

Azərbaycan nəzarətinə keçən Qızılhaclı kəndi Qazaxın ən böyük kəndidir və bu vaxtilə Azərbaycanın meşə fondunun incilərindən hesab edilib. İşğal müddətində ermənilər buradakı ağacları qıraraq təbiəti də məhv ediblər. 90-cı illərdə işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.

Amma həmin günlər geridə qalıb. Bundan sonra bu ərazidə Azərbaycanın Silahlı Qüvvələri xidmət edəcək. 30 ildən artıqdır ki, bu kəndlərdə heç bir iş görülməyib. Qazaxın dağıdılmış, viran qalmış kəndləri yenidən dirçəlmək üçün öz doğma sakinlərini gözləyir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Ən çox oxunanalar