Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Ermənistanda keşiş Baqrat Qalatsyanıın baş nazirliyə namizədliyi irəli sürülüb...

Məhəmməd Əsədullazadə: “Əgər, Nikol Paşinyan keşiş Baqratla görüşsə, etirazlara siyasi yük verəcək və Baqratın siyasi mövqeyi güclənəcək”.

Ermənistanda etiraz aksiyalarının müsbət nəticəsi regionun təhlükəsizliyini və bu ölkənin daxili siyasisətini təhdid edə bilər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanda keçirilən etiraz aksiyalarını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanda keşiş Baqrat Qalatsyanın baş nazirliyə namizədliyi irəli sürülüb. O, Paşinyanla görüşüb, istefasını tələb etmək istəyir. Hazırda isə İrəvan küçələrində polislə müxalifət nümayəndələri arasında qarşıdurma yaşanır.

Bəs, Ermənistandakı siyasi qarşıdurmanın revanşistlərin inqilabı ilə nəticələnmə ehtimalı varmı və Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Ermənistandakı son vəziyyəti Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Keşiş Baqrat Qalatsaynla Nikol Paşinyanla görüşməyə ona görə cəhd edir ki, siyasi etirazlara diqqət çəksin və hakimiyyətin onunla hesablaşdığını nümayiş etdirsin”.

2018-ci ildə Nikol Paşinyanın Serj Sarkisyanla ilk görüşündə ondan istefasını tələb etdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, eyni ssenarini Baqrat təkrarlamağa can atır:

“Əgər, Nikol Paşinyan keşiş Baqratla görüşsə, etirazlara siyasi yük verəcək və Baqratın siyasi mövqeyi güclənəcək. Keşiş Baqrat Qalatsaynla Nikol Paşinyanla görüşməyə ona görə cəhd edir ki, siyasi etirazlara diqqət çəksin və hakimiyyətin onunla hesablaşdığını nümayiş etdirsin. Paşinyan da keşiş Baqratın bu planından xəbərsiz deyil. Ona görə də keşişlə görüşüb, ona siyasi xal qazandırmayacaq.

Əgər, Nikol Paşinyan keşişlə görüşsə, onun istefasını tələb edəcək. Necə ki, 2018-ci ildə Nikol Paşinyan Serj Sarkisyanla ilk görüşündə ondan istefasını tələb etdi. Eyni ssenarini Baqrat təkrarlamağa can atır. Bu da onu göstərir ki, prosesdə Serj Sarkisyan və Robert Köçaryan da var və siyasi revanş edirlər.

Kilsəyə xalqın və Qərbin dəstəyi olmadığı üçün hazırlı hərakatın uğur qazanacağını düşünmürəm. Rusiyanın beynəlxalq siyasıtdə mövqeyi kifayət qədər zəifləyib. Düşünürəm ki, Nikol Paşinyan etirazları lokal şəkildə güc tətbiq etməklə sıralarını azaldacaq.

Ümumiyyətlə, Ermənistanda etiraz aksiyalarının müsbət nəticəsi regionun təhlükəsizliyini və bu ölkənin daxili siyasisətini təhdid edə bilər. Yəni hətta Rusiyapərəst qüvvələr hakimiyyətə gəlsələr belə, müxalifətin iddia etdiyi kimi, Ermənistan üçün hər şey daha da pisləşəcək. Hər şeydən əvvəl sülh prosesinin dayandırılması yeni müharibı üçün qapı açacaq. Digər tərəfdən isə Qərbin dəstəyini itirən Ermənistan Rusiyanın dəstəyi ilə məyəsə nail ola bilməyəcək. Hal-hazırda Rusiya Cənubi Qafqazda status-kvonu İrəvanln xeyrinə dəyişməyə qadir deyil. Ona görə dı Ermınistan üçün ın məqbul yol Paşinyanın izlədiyi yoldur”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

“Baktelecom” qurumdan internet almayanların telefonunu kəsir – Bu nədir, zorbalıq, yoxsa...

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə razılıq verməyəcək

İsrailin hava zərbələri Beyrutda iki xəstəxananın bağlanmasına səbəb olub

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Ən çox oxunanalar