Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı – Gəncə – Bakı istiqaməti üzrə şəhərlərarası avtobuslar yenilənib

Bakı – Gəncə – Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib...

Bu barədə Poliqon-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə Bakı – Gəncə – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq 2 şirkət müsabiqədə qalib gəlib.

Belə ki, 27 maydan etibarən sərnişinlərin daha rahat və təhlükəsiz daşınması üçün Gəncəyə səfərlər “Neoplan” və “Man” markalı avtobuslarla həyata keçiriləcək. Bununla da uzun müddətdən sonra ilk dəfə olaraq şəhərlərarası daşımalarda tam yeni avtobuslar istismara verilir.

Məlumat üçün bildirək ki, “Man” markalı avtobuslar tam yenidir və 2024-cü il istehsalıdır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

Poliqon.info


Etiket: AYNA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərxan Kamallının ölüm səbəbi açıqlandı - Yenilənib

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı...

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

Atəşkəs niyə pozulur və Paşinyan Bakıya nə “təklif” edir?

Azarkeş azərbaycanlı qadın aparıcını öpdü - Video

ABŞ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı açıqlama

Stoltenberq: NATO nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə edir

Bill Qeyts Çinə görə milyardlarla dollarından keçəcək

SIPRI: İlin əvvəlində 2 mindən çox nüvə başlığı yüksək hazırlıq vəziyyətində olub

Ən çox oxunanalar