Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ-nin baş katibi azərbaycanlı girovlardan danışdı


Bu gün AŞ PA-nın sessiyasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland millət vəkillərinin suallarını cavablandırıb


Azərbaycanın deputatı Qənirə Paşayeva T.Yaqlandı azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb:

 “Cənab baş katib, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən separatçı rejim tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Bu günə qədər bütün beynəlxalq çağırışlara baxmayaraq, onları girov saxlamaqda davam edirlər. Cənab baş katib, onların ailələri sizdən dəstək gözləyir və girovların azad olunması istiqamətində addımlar atmağa çağırırlar. Girovların azadlığa çıxması üçün baş katib kimi hansı addımlar ata bilərsiniz və atmağı düşünürsünüz?"

AŞ-nin baş katibi suala cavabında bu məsələnin onu xüsusilə narahat etdiyini deyib: “Mən sizin qeyd etdiyiniz bu iki məsələ ilə bağlı vəziyyətin gedişatını diqqətlə izləyirəm və bu məsələ məni xüsusilə narahat edir. Şəxsən mən bu məsələdə nə edə bilərəm? Mən indi bu məsələdə nə edə biləcəyimi sizə desəm, çox güman, bir nəticə verməz. Amma mən bir şeydə sizi əmin edə bilərəm ki, mən bu məsələni çox yaxından izləyir və vəziyyətin haradasa müsbət bir tərəfə dəyişməsinə çalışıram” ("Trend").

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Ən çox oxunanalar