Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artım hesabatı niyə sual doğurur?

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ümumi daxili məhsul (ÜDM) üzrə rəsmi hesabatı şərh edib: “Dövlət Statistika Komitəsi (DSK) 2021-ci ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artdığını açıqlayıb. Əslində yaxşı göstəricidir. Amma bu artımdan kimin faydalandığı sualına cavab axtaranda bəlli olur ki, ÜDM-in pozitiv artımı ilə əhalinin həyat səviyyəsi arasında birbaşa əlaqə yoxdur. Əksinə, ötən il ÜDM 4,3 faiz azalanda əhali bundan yaxşı yaşayırdı.

Son bir ildə iqtisadi artım qeydə alınsa da, bahalaşma üzündən əhalinin real gəlirləri çox dəyərsizləşib, gerçək xərcləri artıb və atmaqda davam edir. Bu onu da göstərir ki, DSK ya inflyasiya, işsizlik və yoxsulluq göstəricilərini, ya ÜDM-i, ya da heç bir göstəricini düzgün hesablamır. Çünki işsizlik və yoxsulluq göstəriciləri ilə ÜDM göstəricisi arasında pozitiv əlaqə yoxdur. Bu həm də o deməkdir ki, Azərbaycan iqtisadiyyatında baş verənlər qanunauyğunluqlara ziddir”.

Rəsmi hesabata görə, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 80 milyard 688,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, iqtisadiyyatın neft-qaz sektorunda 2,7 faiz, qeyri neft-qaz sektorunda 6,4 faiz artım qeydə alınıb, əhalinin hər nəfərinə 8055,3 manat ÜDM düşüb.

1995-ci ildə ölkədə ÜDM əvvəlki ilə nisbətən 11,8 faiz geriləyib.

1996-cı ildən ümumi daxili məhsulun həcmi artıb.

20 ildən sonra ilk tənəzzül 2016-cı ilə təsadüf edib: ÜDM istehsalı 2015-ci ilə nisbətən 3,1 faiz azalıb.

2017-ci ildə 0,2 faizlik, 2018-ci ildə 1,4 faizlik, 2019-cu ildə 2,2 faizlik artım rəsmiləşib.

2020-ci ildə ÜDM istehsalı 2019-cu illə müqayisədə 4,3 faiz düşüb.(novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar