Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentina Senatı Xavyer Mileyin islahat paketini dəstəkləyib

Argentina Senatı kütləvi etirazlar fonunda prezident islahatlarını böyük ölçüdə təsdiqləyib...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Argentina Senatı ölkə prezidenti Xavyer Maylinin təklif etdiyi islahatları ümumilikdə təsdiqləyib. Mileyin təşəbbüslərini dəstəkləmək məsələsində yuxarı palata ikiyə bölünüb

Səsvermənin nəticələri bərabər olub və 36 lehinə, 36 əleyhinə yekunlaşıb. Bu vəziyyətdə yuxarı palatanın spikerinin səsi həlledici olub və Argentinanın vitse-prezidenti və Senatın rəhbəri Viktoriya Villarruel islahatları dəstəkləyib.

Qanun layihəsinin müzakirəsi bir neçə min insanın iştirak etdiyi etiraz aksiyası fonunda baş tutub. Etiraz aksiyası əvvəlcə dinc xarakter daşısa da, getdikcə polislə toqquşmaya çevrilib. Etirazçılar meydanda dayanmış avtomobili yandırıb, səkini sındırıb və polisə daş daş atmağa başlayıblar.

Bundan sonra polis xüsusi vasitələrdən istifadə edərək nümayişçiləri geri itələməyə başlayıb və sonda parlament binası qarşısındakı meydanı etirazçılardan təmizləyib.

Müxalifət özəlləşdirmə, müəllimlərə dəstək fondunun mümkün ləğvi kimi tədbirlərə, habelə işəgötürənin işçini işdən çıxarmasını asanlaşdıran qaydalara etiraz edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar