Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentina İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edir...

Argentina Pakistan və Şri-Lanka hökumətlərindən Vahidinin İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbs edilməsini xahiş edib...

Argentina hakimiyyəti 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə edilən terror aktına görə məsuliyyət daşıyan İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edir.

Poliqon xəbər verir ki, bu barədə Argentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən AMİA-ya (yəhudi mədəniyyət mərkəzi) hücuma görə məsuliyyət daşıyanların həbsini tələb edir”. Deyə Argentina XİN-nin bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə edilən terror aktına görə məsuliyyət daşıyanlar tam cəzasız olaraq öz rəhbər vəzifələrini tutmaqda davam edirlər.

“Onlardan biri AMİA-ya hücumun səbəbkarlarından biri kimi Argentina ədliyyəsi tərəfindən axtarışa verilmiş Əhməd Vahididir. Bu şəxs hazırda İran İslam Respublikasının daxili işlər naziridir və hazırda Pakistan və Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinin tərkibindədir. Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbs edilməsini xahiş edib”, deyə departamentin açıqlamasında bildirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Şuşada Prezident İlham Əliyevin adından TDT-nin dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

Ən çox oxunanalar