Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA sədri: "Etiketləmədə uyğunsuzluqlarla əlaqədar 17 560 ədəd məhsulun satışı dayandırılıb"

Artıq qida məhsullarının üzərində birmənalı olaraq Azərbaycan dilində etiket məlumatlarının olması təmin edilib. Hətta “müalicəvi” sözündən istifadə hallarının qarşısı alınıb.

Poliqon.info xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı aşkarlanan uyğunsuzluqlarla əlaqədar 17 560 ədəd məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılıb:

"Həmçinin üzərində qida məhsuluna xas olmayan xüsusiyyətin göstərilməsi, habelə xas olan xüsusiyyətin qabardılmaqla göstərilməsi halları müəyyənləşdirilərək ciddi tədbirlər həyata keçirilib".

AQTA sədri xatırladıb ki, bu ilin yanvarın 1-dən qüvvəyə minən adıçəkilən qanunun icrası ilə bağlı hazırlanan 15 normativ hüquqi akt layihəsindən 10-u Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib:

"Qanundan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra zəruri işlər görülüb. Qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və tənzimlənməsi, idxal, ixrac və digər sahələr üzrə uğurlar əldə olunub".

Poliqon.info 


Etiket: AQTA sədri


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar