Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aqrar sektordan gözləntilər... - 3 illik artım proqnozu nəyə əsaslanır?  

Mürvət HƏSƏNLİ

Ötən gün Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnozu açıqlanıb.

Proqnozlarda kənd təsərrüfatı sahəsində inkişaf perspektivləri də açıqlanıb. Sənədi hazırlayan müəlliflərin proqnozlarından belə aydın olur ki, onlar aqrar sektorda qarşıdakı 3 il ərzində hər il 4%-lik artım gözləyirlər. Azərbaycanın torpaq ərazilərinin dəyişməzliyini nəzərə alsaq, sözsüz ki, bu göstəricilərdə məhsuldarlığın artmasının ön görüldüyünü anlaya bilərik. Proqnozlara görə, aqrar sektorda 2022-ci ildə artım göstərici 4%, 2023-cü ildə – 3,8%, 2024-cü ildə – 3,9%, 2025-ci ildə isə 4,1% təşkil edəcək.

Sual oluna bilər: Dövlət qurumlarımızın bu proqnozu nə dərəcədə əsaslıdır? Mütəxəssislər xüsusilə kənd təsərrüfatı sahəsində hər il məhsuldarlığın artacağını necə əvvəlcədən proqnozlaşdıra bilərlər?

Nəzərə alanda ki, kənd təsərrüfatında artımlar hava, su miqdarının yetərliliyi kimi obyektiv hadisələrdən asılıdır və ən savadlı sinoptiklər belə uzağı bir həftə sonra havanın necə olacağını bilirlər, gələcək 3 il üçün verilən istənilən proqnozlar ilk baxışdan əsassız görünə bilər. Fəqət yeni texnologiyaların kənd təsərrüfatı sahələrinə tətbiqi aqrar sektorun obyektiv reallıqlardan asılılığını xeyli azaldıb, insan əqlinin idarəçiliyinə tabe etdirib. Məhz bu səbəbdən də bu gün salınan bağların və ya quşçuluq fabriklərinin hər il məhsuldarlığını nə qədər artıracağını müəyyənləşdirmək çətin deyil. Çünki bu məhsullar əvvəlki kimi təbiətin ümidinə buraxılmır, insan oğlunun inşa etdiyi istixanalarda yetişdirilir. Dolayısıyla təbiətin şıltaqlıqlarından maksimum səviyyədə mühafizə olunur, Allahın bizə bəxş etdiyi Günəş enerjisinin, suyun və s. kimi nemətlərin itkiyə getməsinin qarşısı alınır. Öz işini düzgün qurmağı bacaran müəssisələr hətta quraqlıq kimi vaxtilə ən böyük aqro-fəlakət sayılan təbii təhdidlərə belə, sinə gəlir. Təsadüfi deyil ki, dünyanın ən quraq yerlərindən olan İsrail məhz bu intellektual gücünün sayəsində ən məhsuldar aqrar sənaye ölkələrindən sayılır. Yaxud ilin yarısında ümumiyyətlə Günəş işığına həsrət qalan, torpağının yalnız 3%-i əkinə yararlı olan Norveçdə belə, kartof, yulaf və arpa yetişdirilə bilir.

Bəlkə 50 il bundan əvvəl heç kimin inanmayacağı bu möcuzələr, təbii ki, insan oğlunun ağlının sayəsində ərsəyə gəlmişdir. Yeri gəlmişkən, Cənab Prezidentimizin işğaldan azad olunmuş torpaqlarımızda “ağıllı kəndlər” salınacağı ilə bağlı layihələri də bu texnologiyalara əsaslanır.

Əslində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi də “ağıllı” texnologiyaların tətbiqinə çoxdan başlayıb. Prezident İlham Əliyevin prinsiplərini əldə rəhbər tutan indiki nazir İnam Kərimovun fəaliyyyəti nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsullarının günü-gündən artdığını müşahidə edirik. Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-sentyabr aylarına olan hesabatına görə, ilin 3 rübü ərzində kənd təsərrüfatı sektorunda istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5% artıb. Əsas artım bitkiçilik sahəsində olub – 7.3%. Heyvandarlıq sahəsində isə 3.1% artım qeydə alınıb.

Miqdar baxımından heyvandarlıqdakı artım az görünsə də, dəyər baxımından hər iki sahə bir-birinə yaxın göstəriciyə malikdir. “Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 7342.1 milyon manat təşkil edib ki, bunun da 45.7 faizi (3352.7 milyon manat) heyvandarlıq sahəsinin, 54.3 faizi (3989.4 milyon manat) bitkiçilik sahəsinin payına düşür”, - DSK-nin hesabatında belə deyilir.

Kənd təsərrüfatı sektorunda hər il qeydə alınan bu müsbət göstəricilər sübut edir ki, “ağıllı” texnologiyaların tətbiqi nəticəsində Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnozunda nəzərdə tutulan artım tempini qorumaq mümkün olacaq.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar