Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antiterror Əməliyyatları Qərb ölkələrinin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək?

Azərbaycan-Ermənistan münaqişəsinə obyektiv yanaşa bilməyən Qərb ölkələrinin Cənubi Qafqaz siyasəti...

Politoloq: “Azərbaycan hər zaman vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün, sabitliyin əldə edilməsi çox vacibdir və bütövlükdə biz hər zaman Ermənistanla müharibəni əsas variant kimi nəzərdən keçirməmişik”.

“Bu məsələnin Birləşmiş Millətlər Təşkilatında müzakirə edilməsi qanunsuzdur. Təəssüflər olsun ki, BMT Ermənistanın bu çirkin cəhdlərində oyuncağa çevrilə bilir”.

Bu sözləri politoloq Tural İsmayılov baş verənlərdən sonra Qərb ölkələrinin Cənubi Qafqaz siyasətini Poliqon-a şərh edərkən qeyd edib.

Lokal Antiterror Əməliyyatı Azərbaycan-Ermənistan münaqişəsinə obyektiv yanaşa bilməyən Qərb ölkələrinin Cənubi Qafqaz siyasətinə necə təsir edəcək? Rusiya ilə müqayisədə kollektiv Qərbin Cənubi Qafqaz siyasətini nə qədər uğurlu hesab etmək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Azərbaycan özünün qanuni ərazilərində antiterror əməliyyatı həyata keçirir və Azərbaycanın ərazilərində keçirdiyi antiterror əməliyyatlarla bağlı BMT tribunasını manipulyasiya vasitəsinə çevirmək əsla qəbul edilən hal deyil”.

Bu məsələdə Ermənistan və Fransanın ümid etdiyi Azərbaycan əleyhinə hansısa sanksiya, yaxud da ciddi siyasi embarqolarla bağlı qərarların verilməsinə nail ola bilməyəcəklərini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, hətta BMT-nin çıxardığı qərarlara 30 il ərzində Ermənistan əməl etmədi:

Azərbaycan hər zaman vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün, sabitliyin əldə edilməsi çox vacibdir və bütövlükdə biz hər zaman Ermənistanla müharibəni əsas variant kimi nəzərdən keçirməmişik. Hətta, 30 il ərzində torpaqlarımızın işğalı dövründə də, Azərbaycan Ermənistana sülhlə bağlı bütün çağrışlarını edib və ondan sonrakı dövrdə də, Ermənistana sülhlə bağlı addımlar atmışıq.

Sadəcə olaraq Nikol Paşinyanda müstəqillik elementi olmadığına, xarici güc faktorlarının əlində oyuncaq olduğuna görə Azərbaycanın hər zaman sülhlə bağlı çağrışlarını çox mənasız bir formada sobataj edirdi. Ancaq prezident İlham Əliyevin açıqlamaları, Azərbaycanın Ermənistanla sülhə sabitliyini bir nümayiş etdirmiş olur. Yəni Azərbaycan yalnız sözdə deyil, əməldə də Ermənistanla sülh prosesində maraqlıdır və bu prosesin ən qısa zamanda, ən rahat formada həyata keçirilməsi üçün əlindən gələn bütün imkanları da sərgiləməyə hazırdır.

Hesab edirəm ki, Cənubi Qafqaz regionunda bütün gərginliyin ortadan qalxması üçün Azərbaycanla Ermənistan arasında mütləq şəkildə sülh müqaviləsi imzalanmalıdır.

Tural İsmayılov: “Ermənistan özünün heçə saydığı BMT-dən “imdad” diləməyə çalışır”.

Ümumiyyətlə, bu məsələnin Birləşmiş Millətlər Təşkilatında müzakirə edilməsi qanunsuzdur. Təəssüflər olsun ki, BMT Ermənistanın bu çirkin cəhdlərində oyuncağa çevrilə bilir. Azərbaycan özünün qanuni ərazilərində antiterror əməliyyatı həyata keçirir və Azərbaycanın ərazilərində keçirdiyi antiterror əməliyyatlarla bağlı BMT tribunasını manipulyasiya vasitəsinə çevirmək əsla qəbul edilən hal deyil. Buna görə də, hesab edirəm ki, Ermənistanın bu iyrəncliklərinə qarşı yəqin ki, hansısa bir addımlar atılmalı idi.

Fransa bu məsələni BMT-yə çıxara bilər. Onsuz da, Fransa bundan əvvəl də bu addımı atmışdı. Lakin BMT-nin qeyri-qanuni üzvləri içərisində Azərbaycana strateji partnyor və dost olan ölkələr var. Onlar da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirdiyi əməliyyatları manipulyasiya edən, bunun əleyhinə hansısa kompaniyalar aparmaq istəyən qüvvələrin çirkin niyyətlərini yerindəcə boğacaqlar. Hesab edirəm ki, nəticədə bu məsələdə Ermənistan və Fransa ümid etdiyi Azərbaycan əleyhinə hansısa sanksiya, yaxud da ciddi siyasi embarqolarla bağlı qərarların verilməsinə nail ola bilməyəcəklər. Hansı ki, hətta BMT-nin çıxardığı qərarlara 30 il ərzində Ermənistan əməl etmədi. Bu növbəti siyasi riakarlıq nümunəsidir ki, indi özünün heçə saydığı BMT-dan “imdad” diləməyə çalışırlar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ən çox oxunanalar