Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antiterror Əməliyyatının Ermənistanla sülh danışıqlarına nə kimi təsiri olacaq?

Azərbaycan həyata keçirdiyi son addımları ilə bölgədə növbəti yeni proses yaradıb...

Politoloq: “Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində artıq bölgədə yeni bir reallıq yaranıb”.

“Qarşıdakı dönəmlərdə biz Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesini surətlə aparmaqla həm də sülh prosesini surətləndirmiş olacağıq”.

Bu sözləri politoloq Samir Hümbətov son baş verənlərin sülh prosesinə təsirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan ordusunun erməni təxribatlarına son qoymaq üçün Qarabağda həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri nəticəsində nəhayət terrorçu rejim Bakının tələblərilə razılaşmağa məcbur oldu. Aydın şəkildə görünür ki, Azərbaycan həyata keçirdiyi son addımları ilə bölgədə növbəti yeni proses yaradıb.

Bəs Azərbaycanın Qarabağda həyata keçirdiyi prosesin Ermənistanla sülh danışıqlarına nə kimi təsiri olacaq?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əgər biz Qarabağda yaşayan erməni əsilli vətəndaşların Azərbaycana reinteqrasiya prosesini uğurlu bir şəkildə həyata keçirə bilsək, artıq sülhlə bağlı məsələləri də Ermənistanla daha rahat həll edə bilərik”.

Ermənistana bu məsələlərdə tam etimad göstərməyin mümkünsüzyünü xatırladan politoloq Poliqon-a açıqlamasında bildirib ki, ermənilərin atdığı addımlar bəzən təxribatçı, bəzən anlaşılmaz, bəzən də təxribata meyilli hərəkətlər olur və bunu da Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan dünən BMT-dəki müzakirələr zamanı bir daha sübut etdi:

Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində artıq bölgədə yeni bir reallıq yaranıb. Paşinyan da açıqlama verdi ki, onlar artıq bu məsələyə qarışmırlar. Digər tərəfdən də, Azərbaycanın uğurlu antiterror əməliyyatından sonra, Qarabağdakı silahlı rejimin təkisilah edilməsi üçün başladılan proses və onların ağ bayraq qaldırması əslində bölgədə yeni reallığı yaratmış oldu. Daha sonra isə Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin Yevlaxa səfər etməsi və burada Azərbaycan nümayəndə heyəti ilə görüşməsi, bu gün isə Azərbaycan hökuməti tərəfindən Xankəndi və digər ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına humanitar yardımın göndərilməsi əslində yeni bir prosesin başlanğıcı kimi dəyərləndirilməlidir.

Eyni zamanda ölkəmizin həm beynəlxalq ictimaiyyət içərisində, həm də ölkə daxilində ortaya qoyduğu mövqeyin bir nömrəli hədəfi ondan ibarətdir ki, ölkə daxilində sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunması vacib şərtdir, həmçinin bu sülh-sabitlik bölgə üçün lazımdır. Hesab edirəm ki, əgər biz Qarabağda yaşayan erməni əsilli vətəndaşların Azərbaycana reinteqrasiya prosesini uğurlu bir şəkildə həyata keçirə bilsək, artıq sülhlə bağlı məsələləri də Ermənistanla daha rahat həll edə bilərik. Bunun üçün də kifayət qədər imkanlar yaranıb.

Samir Hümbətov: “Ermənilər bu işi aparandan sonra Paşinyan da fakt qarşısında qalıb məcburən də olsa, bunu qəbul etmiş olacaq və ümumilikdə, Ermənistan bunu qəbul etmiş olacaq”.

Düşünürəm ki, qarşıdakı dönəmlərdə biz Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesini surətlə aparmaqla həm də sülh prosesini surətləndirmiş olacağıq. Hesab edirəm ki, artıq Paşinyan və komandası da bunu qəbul edib. Sadəcə olaraq, Paşinyanın son nöqtə olaraq bəlkə də gözlədiyi bir məsələdir ki, Qarabağ erməniləri Azərbaycana reinteqrasiya prosesinə qoşulub bu işi aparacaqlar yoxsa, yox. Məncə, ermənilər bu işi aparandan sonra Paşinyan da fakt qarşısında qalıb məcburən də olsa, bunu qəbul etmiş olacaq və ümumilikdə, Ermənistan bunu qəbul etmiş olacaq.

Təbii ki, bu da bölgəyə sülh gətirəcək amillərdəndir. Bir daha qeyd edim ki, Ermənistana tam arxayın olmaq olmur. Çünki onların atdığı addımlar bəzən təxribatçı, bəzən anlaşılmaz, bəzən də təxribata meyilli hərəkətlər olur və bunu da Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan dünən BMT-dəki müzakirələr zamanı bir daha sübut etdi”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay