Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anıtkabirdə kəşfiyyat aparan terrorçular həbs edilib

Süleyman Soylu Taksim terroru barədə danışdı...

Süleyman Soylu: “Taksim hücumundan sonra qaçan Bilal Həsənin qardaşı həbs edildi”.

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taksim hücumundan sonra qaçan Bilal Həsənin qardaşının həbsi barədə danışan daxili işlər naziri Süleyman Soylu: “Taksim terrorçusunub həyat yoldaşı olduğu iddia edilən Bilalın YPG formasında fotoşəkilləri də ortaya çıxıb”, deyə qeyd edir.

Daxili işlər naziri Soylu Twitter-də qoşulduğu söhbət otağında İstiqlal küçəsində törədilən xain terror aktı ilə bağlı açıqlamalar verib.

Nazir Soylu Suriyada 2020-2022-ci illər arasında Türkiyədə həyata keçirilməsi planlaşdırılan 81 terror aktının qarşısı alındığını bildirib.

Nazir Soylu qeyd edib ki, Bayrampaşada terror aktının qarşısı alınıb. Əks halda İstanbulda ticarət mərkəzində tarixin ən böyük partlayışlarından biri baş verə bilərdi.

Haremdə təşkil edilməsi planlaşdırılan terror aktının da qarşısının alındığını bildirən Soylu: “29 aprel 2021-ci il tarixində PKK terror təşkilatının koordinasiya etdiyi İbrahim Zala, Ramazan Aslan və Yaşar Samur adlı üç təşkilat üzvü İstanbulda tutularaq saxlanılıb. Siqaret paketlərində gizlədilmiş, çəkisi 5 kq olan telefon mərkəzli partlayıcı qurğu ələ keçirilib. Bunu Haremdə partladacaqdılar”.

Nazir Soylu, həmçinin, Anıtkabirdə kəşfiyyat aparan terrorçunun tutulduğunu da açıqlayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay