Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Rzayev: “Dünyaşöhrətli yazıçı deyəndə ətim tökülür”

A“86 yaşım tamam olur. Ən böyük arzum Şuşanın işğaldan azad olunması idi, o arzuma da çatdım. Artıq həyata keçməyən arzum qalmayıb. İndi arzularım ailəmlə, övladlarımla, nəvələrimlə bağlıdır. Nəvəm öz adımı daşıyır. İstəyirəm ki, onlar xoşbəxt, firavan yaşasınlar. Gənclik illərində də müxtəlif arzularım olub. İstəyirdim ki, yazılar yazım, onlara filmlər çəkilsin. Bunların da əksəriyyəti reallaşıb. Əlimdə bir neçə ssenari var, amma hələ ki, film çəkilmir. Mədəniyyət Nazirliyi deyir ki, pulumuz yoxdur. Nə deyim vallah”.

Bunu Moderator.az-a Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib. 

“Bu gün məni mənəvi aşınma narahat edir. Mənəvi dəyərlər itib, böyük-kiçiyə hörmət qalmayıb. Bayağı şeylər meydana çıxır. Bunlar heç də xoşagələn hal deyil. Bu gün mənə Azərbaycanın məşhur yazıçısı deyəndə bu sözü qəbul edirəm. Bəli, məni Azərbaycanda tanıyırlar. Mənə dünyaşöhrətli yazıçı deyəndə ona görə ətim tökülür ki, dünyaşöhrətli yazıçı olmaq başqa bir şeydir. Mənim də xarici ölkələrdə əsərlərim çap olunub. Amma özüm haqqımda heç vaxt demərəm ki, dünyaşöhrətli yazıçıyam. Bu sözü qəbul etmirəm. Mən Azərbaycanın şöhrətli yazıçıyam”, - deyə xalq yazıçısı bildirib.

Poliqon.info

 


Etiket: Anar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar