Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA əməkdaşı: "İskəndər" raketləri Şuşanın iki ərazisində aşkarlanıb

"Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları Şuşa şəhəri istiqamətində iki ərazidə aşkarlanıb".

PİA.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bakıda raketlərin qalıqlarının nümayiş etdirilməsi zamanı deyib.

O qeyd edib ki, raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib:

"Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı “9M723” raketi - hansı ki, onun kod adının “İsgəndər” olduğu müəyyən olunub. Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 millimetrdir. Bildiyiniz kimi, bu raketin bir neçə növü var. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

Onun sözlərinə görə, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA-nın əməkdaşları tərəfindən araşdırmalar aparılır:

"Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Biznes kreditlərinə tələbi artıran səbəblər...

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar