Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana südünün saxlanma qaydası

Ana südünün saxlanma qaydasıXarici saytların birində çox önəmli bir mövzuya rast gəldim. Hal-hazırda işləyən anaların sayı artır...

Analar isə, körpələrinin ana südünün faydalarından məhrum qalmalarını istəmir. Qidalandırıcı dəyəri yanında, bir çox xəstəliyə qarşı qoruyucu xüsusiyyət daşıyan ana südünün necə saxlanması lazım olduğunu bilirsinizmi?

Ana südü bakteriya törəməsinə müqavimətlidir və otaq temperaturunda 10 saata qədər tərkibini itirmədən saxlanıla bilər. Buradakı əhəmiyyətli nöqtə ana südü saxlanılacaq qabın gigiyena qaydalarına uyğun olmasdır.

Analar südünü əllə sağa biləcəyi kimi süd sağma aparatı ilə də sağa bilərlər. Nə şəkildə edilirsə edilsin, süd sağılmadan əvvəl əllər yaxşıca yuyulmalıdır. Sağılan südün təmiz bir plastik ya da şüşə qabda saxlaya bilərsiniz.

Ana südünün saxlama müddətləri:

* Ana südü dondurmadan 72 saat və dondurulmuş südü əritdikdən sonra 24 saat soyuducuda (+ 1 ilə +4 ° C arasında) saxlanıla bilər.
* Süd, tək qapılı soyuducunun buzluğunda (-7 ilə -2 ° C arasında) 3 həftəyə qədər, iki qapılı soyuducuların buzluğunda 3 ay saxlanıla bilər.
* Süd həmçinin dərin dondurucuda (-18 ° C nin altında) 6 aya qədər saxlanıla bilər.
* Kolostrum olaraq adlandırılan doğuşdan sonrakı ilk 7 gün çıxarılan ana südü sağıldıqdan sonra tərkibindəki i anticisimlər sayəsində otaq temperaturunda 12 saat, daha sonra ki ana südü isə 6 saat qida dəyərini itirmədən saxlanıla bilər.

Ana südünü körpəyə verməmişdən əvvəl isitmək olmaz. İstilik ana südünün anti-mikrobik xüsusiyyətini itirməsinə səbəb olur. Bunun yerinə südü, ilıq axan suyun altına tutularaq isitmək olar. Donmuş südü isə ya soyuducuda yavaş-yavaş ya da isti suyun içinə oturdulmuş bir qabın içində isitmək olar.

Ana südü ilə əlaqədar digər təkliflər:

  • Əridilmiş südü bir saatdan çox otaq temperaturunda saxlamayın.
    * İkinci istifadədən sonra qalan südü atın.
    * Əridilmiş südü təkrar dondurmayın.
    * Südü soyuducunun qapağına qoymayın.

pia.az


Etiket: Ana südü

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar