Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana südü, yoxsa süni uşaq qidası?...

Bahalı qidalar ana südünü əvəz edəcək qədər keyfiyyətlidirmi?

Azərbaycanda "Malyutka-2" əmtəə nişanlı uşaq qidasının içindən yad cisim aşkarlanması "ana südü, yoxsa süni uşaq qidası" mövzusunun bir müzakirəyə çıxmasına səbəb oldu. Bəzi vətəndaşların iddiasına görə, bahalı uşaq qidaları ucuz uşaq qidalarına nisbətən keyfiyyətlidir. Maraqlıdır, həqiqətən də bahalı qidalar ana südünü əvəz edəcək qədər keyfiyyətlidirmi?

Pediatr Günay Rəsulova pasientlərə ana südündən istifadə etməyi məsləhət görür: "Ana südünü heç bir uşaq qidası əvəz edə bilmir. Bu haqda tez-tez maarifləndirmə xarakterli layihələr və tədbirlər də həyata keçiririk".

Mütəxəssis əlavə edib ki, bəzən hər hansı problemdən uşağa ana südü bəs eləmir: "Məsələn, uşaq düzgün əmə bilmir, anada süd az olur və sair. Bu səbəblərdən də körpə doymur, normal çəkisini ala bilmir. Buna görə də məcbur olaraq süni uşaq yeməklərindən istifadə etməli oluruq. Amma valideynlərə də dəfələrlə deyirik ki, uşaqları əsas ana südü ilə qidalandırmaq lazımdır".

Pediatr Xəyalə Quliyeva da bildirib ki, heç bir süni qida ana südünü əvəz edə bilməz: "Ümumiyyətlə, "yaxşı uşaq qidası" deyilən bir anlayış yoxdur. Bəzən valideynlər düşünürlər ki, bahalı uşaq qidaları daha keyfiyyətlidir. Elə deyil. İstər baha, istərsə də ucuz uşaq qidalarının tərkibi, demək olar ki, eynidir. 50 manatlıq uşaq qidaları ilə 20 manatlıq uşaq qidasının tərkibində elə də fərq yoxdur".

"Biz valideynlərə də daim məsləhət görürük ki, körpələrini 6 aya kimi ancaq ana südü ilə qidalandırsınlar. 6 aydan sonra isə əlavə qidalara yavaş-yavaş keçmək lazımdır. Pürelər, şorbalar, sıyıqlar hazırlayıb uşağı qidalandırmaq lazımdır" - deyə pediatr əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum ana südü ilə qidalandırmağa dair beynəlxalq təşkilata üzvdür: "Bu il noyabr ayında Rio-de-Janeyroda keçiriləcək dünya konqresinə dəvət olunmuşam. Orada Azərbaycanda uşaqların ana südü ilə qidalanması və süni qidalar ilə bağlı problemlər haqqında danışacam".

E.Hüseynov vurğulayıb ki, körpə qidaları ilə bağlı Azərbaycanda problem çoxdur: "Ümumdünya Səhiyyə Təşkilatının uşaq qidaları ilə bağlı konvensiyası var. Qanuna görə, körpə qidaları çox reklam olunmamalıdır, satışı konkret yerlərdə olmalıdır, saxlanma rejimi 20 dərəcədən aşağı temperaturda olmalıdır. Azərbaycanda isə bu qanunlara əməl edilmir".

"Azərbaycanda uşaq qidalarının distributorları birbaşa pediatrlarla iş qurur. Bu da qanunsuzdur. Bizə analar şikayət edirlər ki, süni uşaq qidalarının distributorları onlara zəng edib satdıqları uşaq qidalarını təklif edirlər. Eyni zamanda, uşaq dünyaya gələn kimi uşaqlara xəstəxanalarda artıq süni qida verilir. Bu barədə çox sayda şikayətlər alırıq" - deyə o, əlavə edib.

Həmçinin, qeyd edib ki, körpə qidalarının satış nümayəndələri ilə pediatrların əlaqələrini kəsə bilmirlər. Bu da körpə qidalarının süni qiymət artımına təsir edir: "Bu gün Azərbaycanda körpə qidaları harada gəldi, necə gəldi, satılır. Şikayətdən biri də körpə qidalarının yuxarı temperaturda saxlanılması və satılması ilə bağlıdır. Hətta vaxtı keçmiş körpə qidalarının satılması barədə də şikayətlər daxil olub".

Eyyub Hüseynov onu da vurğulayıb ki, "Malyutka-2" əmtəə nişanlı uşaq qidasının içindən yad cisim aşkarlanandan sonra valideynlər təşvişə düşüblər: "Hər gün 10-a yaxın zəng gəlir. Valideynlər əvvəllər bu körpə qidasından uşaqlarına verdiklərini, övladlarının səhhəti üçün narahat olduqlarını bildirirlər. Təəssüflər olsun ki, həmin süni uşaq qidasını Azərbaycana gətirən şirkət isə heç bir açıqlama vermir".(Sputnik Azərbaycan)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar