Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alzheimer xəstəliyinin çarəsi tapıldı

ABŞ-ın Kaliforniya ştatının universitetlərindən birində amerikalı bioloqlar alzheimer xəstəliyinin müalicəsi ilə bağlı maraqlı tapıntı ediblər

Perspektivli müalicə üsulu təsadüfən kəşf edilib.

Alimlər insult xəstəliyinin təsirlərini aradan qaldırmaq üçün araşdırma apararkən bu nəticəyə gəlib çıxıblar. Bioloqlar qeyd edir ki, yeni dərman neyronları qoruyur və iltihab səviyyəsini azaldır. Yeni vasitə xəstəliyin erkən mərhələlərində beta-amiloidləri təsirli şəkildə məhv edir. Preparatın tərkibində olan xüsusi ferment qan damarlarında iltihablaşmanın qarşısını alır. Bundan əlavə, ferment hüceyrələri qida və oksigen çatışmazlığından da qoruyur.

Dərman alzheimer xəstəliyinə meylli olan siçanlar üzərində dörd ay müddətində sınaqdan keçirilib. Məlum olub ki, kiçik dozalar alan siçanların vəziyyəti müsbətə doğru irəliləyir. Bu vasitə ilə problemə qarşı iki dəfə artıq mübarizə aparmaq olur.

Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, hələlik dəqiq səbəbləri bilinməyən nevroloji xəstəlikdir. Xəstəlik zamanı yaddaş və digər intellektual qabiliyyətlər nəzərə çarpacaq dərəcədə pozulur. Xəstəlik ilk dəfə 1907-ci ildə alman psixiatrı Alois Alzheimer tərəfindən müəyyən edildiyindən onun adını daşıyır. Xəstəliyə kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir. Lakin xəstəliyin getdikcə cavanlaşacağı, alzheimerdən əziyyət çəkənlərin artacağı proqnozlaşdırılır. (e-tibb.az)

pia.az


Etiket: Alzheimer

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

Ən çox oxunanalar