Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada qətl törədən azərbaycanlıya görə polis obyektlərə basqın edib

Almaniyada qətl törədərək qaçan azərbaycanlı Elçin Ağayevin axtarışları davam edir.

PİA.az report-a istinadən xəbər verir ki, ötən gün 36 yaşlı azərbaycanlının gizlənmə ehtimalının olduğu bir neçə evə və obyektə eyni zamanda basqın edilib.

Federal Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat Qrupu (SEK) tərəfindən təşkil olunan basqınlarda E.Ağayevə aid heç bir iz aşkar edilməyib.

Müstəntiqlər onun qum-çınqıl satışı ilə məşğul olan bir firmaya aid yük avtomobili sürücüsü ilə qaçdığını ehtimal edirlər.

Həmin firmaya da basqın təşkil edən polis, orda da hər hansı bir izə rast gəlməyib. Polislər itlərlə yaxınlıqdakı meşədə axşam saatlarına kimi axtarış aparıblar.

Xatırladaq ki, iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 36 yaşlı azəraycanlı Elçin Ağayev keçmiş sevgilisi, 42 yaşlı Nadine adlı qadının hazırda yaşadığı 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib. E.Ağayevin axtarışı Almaniya Federal Daxili İşlər Nazirliyi ilə bərabər Avropa Polis Təşkilatı (Europol) tərəfindən də həyata keçirilir. "Europol"un məlumat bazasında isə E.Ağayev "olduqca təhlükəli və silahlı" kimi qeyd olunub. E.Ağayevi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmaları xahiş olunur. Onun yerini deyənlərə isə, 5 min avro pul mükafatı ayrılıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Ən çox oxunanalar