Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada biabırçı “islam terroruçusu” ovu...

BBC xəbər verir ki, Almaniya polisi iki müsəlman qardaşı heç bir əsas olmadan həbs edib…

Almaniyada iki iranlı qardaş “kimyəvi hücum” hazırlamaqda şübhəli bilinərək həbs edilib.

PİA.az BBC-yə istinadən xəbər verir ki, Almaniyanın Düsseldorf Prokurorluğunun bəyanatında bildirilir ki, iki iranlı qardaşı “sui-qəsd” ittihamı ilə həbs edilib. İttiham tərəfi 32 və 25 yaşlı bu iki nəfərin (adlar qısaldılmış halda M. J. və J. C. kimi qeyd olunur) “islamçılıq niyyəti” ilə “saysız-hesabsız” insanları öldürmək üçün “sianid və risin” zəhərləri hazırlamaq niyyətində olduqlarını bildirib.

Düsseldorf prokuroru Holger Hemming AFP-yə bildirib ki, Almaniyanın qərbindəki Castrop-Raksel şəhərində iki qardaşın evində aparılan axtarış zamanı bu zəhərin heç bir izi tapılmayıb, lakin onlar qətl törətmək üçün sui-qəsd təşkilində ittiham olunublar. Həmin şəxslər üçün 3 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Kastrup-Rakselin 73.000 əhalisi var və Dortmund yaxınlığında yerləşir.

Bildirlir ki, həmin iki qardaşın evinə hücum edən təhlükəsizlik qüvvələri kimyəvi maddələrə qarşı geyimdə olublar.

“Deutsche Welle” radiosunun Almaniyanın Robert Kox İnstitutuna (RKİ) istinadən verdiyi məlumata görə, “risin” zəhərli maddə “bioloji silahlar” adı altında döyüş silahları siyahısındadır. “Risin” çox zəhərli bir maddədir və onun kiçik bir miqdarı, hətta bir neçə xörək duzu dənəsi çoxlu sayda insanı öldüə bilər. Bu çox təhlükəli zəhər gənəgərçək bitkisindən hazırlanır.

Almaniyanın antiterror polisi həbs edilənlərin yaşadıqları evdən əldə edilən dəlil və sənədləri araşdırır və həbs edilənlərin məhkəməyə təqdim edilib-edilməyəcəyi hələlik bəlli deyil.

Məlumatlarda qardaşların saxlanıldığı küçədəə çoxlu sayda polis, yanğınsöndürmə və xilasetmə qüvvələrinin olduğu və bütün bu fövqəladə hallar qüvvələrinin xüsusi qoruyucu geyimdə olduğu bildirilir.

“Deutsche Welle” Almaniya mətbuatına istinadən xəbər verir ki, “dost ölkələrdən birinin məxfi xidməti” Almaniya təhlükəsizlik orqanlarına “kimyəvi bomba hücumu təhlükəsi” barədə xəbərdarlıq edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar