Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya birbaşa bağlı olan altı xüsusi təyinatlıdan ibarət qrup “Şimal axını” boru kəmərlərinin partladılmasını həyata keçirib...
Poliqon xəbər verir ki, bu barədə Almaniyanın Die Zeit nəşrinin məlumatında bildirilir. Nəşrin məlumatına görə, yaxtada olan altı Ukrayna xüsusi təyinatlı dalğıc 2022-ci ilin iyununda partlayıcıları boru kəmərlərinə yerləşdirə biliblər. Lakin sonradan kəmərin partladılması bir müddət təxirə salınıb.
Hollandiya kəşfiyyatına və onun tərəfindən MKİ-yə verilən ukraynalı mənbənin məlumatına görə, “Şimal axını”na hücum NATO-nun iyunun 5-dən 17-dək keçirilən BALTOPS hərbi təlimlərindən sonra baş verməliymiş. Lakin MKİ-nin işə qarışması və Ukraynaya xəbərdarlıq etməsi artlayın həyata keçirilməsini təxirə salıb.
Die Zeit yazır ki, altı nəfərlik Ukrayna xüsusi təyinatlı saxta sənədlərdən istifadə edərək qayıq icarəyə götürüblər. Daha sonra bu qayıqla kəmərin keçdiyi rayona gəliblər və dalğıclar təxminən 80 m dərinlikdə olan boru kəmərinə partlayıcıları yerləşdiriblər.
Die Zeit nəşrinə görə, Ukrayna prezidenti Zelenskinin əməliyyatın hazırlanmasında heç bir şəkildə iştirak etməyib...
Poliqon.info