Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə G20 Dinlərarası Forumun ön konfransında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ekumenik Patriarxatın və BƏƏ paytaxtı Abu Dabidə yerləşən Təhlükəsiz Toplumlar üçün Dinlərarası Alyans birgə təşkilatçılığı ilə İstanbulda təşkil edilən "Praktiki əməkdaşlıq: Tək Dünya, Tək Ailə, Tək Gələcəyə Doğru" konfransında iştirak edib...

Bu barədə Poliqon-a QMİ-dən məlumat verilib.

Konfransda iqlim dəyişikliyi, ksenofobiya, terrorizm, nifrət çağırışları kimi müasir dünyanı təhdid edən hallar, qaçqın və köçkünlərin, eləcə də qadınların və uşaqların hüquqlarının qorunması məsələləri müzakirə olunub.

Xristian-müsəlman akademik dialoqu çərçivəsində təşkil edilən konfransın açılışında Ekumenik Patriarx Varfolomey çıxış edib.

Daha sonra söz Şeyxülislam Allahşükür Paşazadəyə verilib. Tədbir iştirakçıları salamlayan QMİ sədri ümumi evimiz olan Yer kürəsində qlobal ekoloji və iqtisadi problemlərin, beynəlxalq sabitlik və təhlükəsizliyə ideoloji və praktiki maneələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin və dinlərarası dialoqun olduqca vacib olduğunu vurğulayıb. O, dünyada beynəlxalq sabitliyə və təhlükəsizliyə böyük təhdid olan ksenofobiya təzahürləri, o cümlədən, islamofobiya, xristianofobiya və antisemitizm hallarına toxunaraq qeyd edib ki, bəzi Avropa ölkələrində dövlət orqanlarının razılığı ilə müsəlmanların müqəddəs kitabı olan Quranın təhqir edilməsi və yandırılması faktları dinləri və cəmiyyətləri nifrətə təhrik edən, qarşıdurmanı alovlandıran mənəvi terrordur.

QMİ sədri tədbir iştirakçılarının nəzərinə çatdırib ki, Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmişdir. "Biz bu gün işğal dövründə dağıdılmış milli, dini-mənəvi abidələrimizi bərpa edir, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparırıq. Azərbaycan multikultural ənənələrə malik tolerant ölkədir. Azərbaycanda din və məzhəb ayrıseçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini icra edir. Bu, bizim dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramının göstəricisidir."

Konfrans çərçivəsində QMİ sədri Ekumenik Patriarxla ayrıca görüşüb. Tərəflər dinlərarası dialoqun vacibliyini, eləcə də müasir dünyanı təhdid edən problemlərin həllində dini liderlərin artmaqda olan nüfuzunu və rolunu məmnunluqla vurğulayıblar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay