Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahın hikməti nə deməkdir?

Hikmət sözünün lüğəti mənası – mətanət və nöqsandan uzaq olmaqdır

Binaya ona görə möhkəm deyirlər ki, dağılmaq ehtimalı azdır və sabitdir. Qaziyə ona görə hakim deyirlər ki, insanların haqqının zay olmasının qarşısını alar. Bürhana o zaman möhkəm dəlil deyirlər ki, batilin ona yolu olmaz.

Xülasə, hikmətin lüğətdəki mənası – möhkəm olmaq və nöqsandan uzaq olmaqdır.

Ancaq dinimizin nəzərinə görə, hikmətin bir neçə sahəsi və mənası vardır. O cümlədən:

1. Elmi hikmət. Bu, ən üstün elmdir ki, Allahın zatına aiddir. Belə ki, hikmət Allahın elmindən və İlahi sevgidən mənbələnir. Yəni, bütün xeyirlərin mənbəyi olan Allahın elmi vardır. Bu hikmət – elmidir. Fəxr Razi bu haqda yazır: “Hikmət ibarətdir ən üstün elm vasitəsilə, ən üstün məlumatı əldə etməkdən”.

2. Dünyanın tədbiri. Belə ki, varlıq aləmi xüsusi qanunlar əsasında xəlq olunmuşdur. Bu dünyanın planı o qədər dəqiq qurulmuşdur ki, hər bir şey öz yerində ən yaxşı şəkildə qərar verilmişdir. Quran buyurur: “O, yaratdığı hər şeyi gözəl yaratmışdır(onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır)”. (“Səcdə” 7).

3. Allah hər bir qəbahətli əməldən pakdır. Allah çirkin və qəbahətli əməllər yerinə yetirmir. Ona görə də Allahda qəbahətli sifətlər mövcud deyildir. Allah bu kimi sifətlərdən pakdır. Fəxr Razi bu haqda deyir: “Hikmət ibarətdir – nalayiq olan işlərdən Allahın pak olmasından”.

4. Allahın hər bir əməlinin hədəfi vardır. Allah heç bir zaman yersiz və boş işlər yerinə yetirməz. Quran bu haqda buyurur:“Biz göyü, yeri və onların arasında olanları bihudə və əbəs yerə yaratmamışıq. Bu, küfr edənlərin zənnidir. Buna görə də(cəhənnəm) od(un)dan vay olsun kafirlərin halına!”. (“Sad” 27).

Beləliklə, deyə bilərik ki, Allahın hikməti həm elmə şamil olur və həm də əmələ. (Tebyan) (deyerler.org)

pia.az


Etiket: Allah

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ən çox oxunanalar