Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK xəbərdarlıq etdi: Rusiyadan qaz nəqlinin tamamilə dayandırılmasına hazır olun...

Avropa Komissiyası yeni tövsiyələrində Avropa İttifaqı ölkələrini Rusiya qazının tədarükünü tamamilə dayandırmağa hazır olmağa çağırır...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi komissiyanın tövsiyələrinə istinadən məlumat verib.

“Gələn qış üçün qaz anbarı hədəfləri 90% səviyyəsində müəyyən edilib və Aİ-yə üzv dövlətlərin tədarük sahəsində əməkdaşlıq etməsi şərti ilə, hətta Rusiya qazının tam çatışmazlığı halında qurum bu hədəfi yerinə yetirə bilməlidir”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2022-ci ildə Rusiya qazının Avropa ölkələrinə idxalı 50%-dən çox azalaraq, təxminən 80 milyard kubmetr təşkil edib. Çatdırılmalar əsas marşrut – “Şimal axını” magistralı və balanslaşdırma marşrutu - Yamal-Avropa üzrə dayandırılıb, həmçinin Ukrayna marşrutu boyunca üç dəfə azalıb. İndi Rusiya boru kəməri qazı Avropaya Ukraynanın qaz nəqli sisteminə iki giriş nöqtəsindən biri ilə və Türkiyədən keçməklə, “Türk axını” və “Mavi axın” vasitəsilə nəql olunur.

Avropa İttifaqı 2022-ci ilin mart ayında Rusiyadan yanacaq idxalını mərhələli şəkildə dayandırmaq, enerji təchizatı təhlükəsizliyini yaxşılaşdırmaq və yaşıl keçidi dəstəkləmək üçün tədbirləri əks etdirən RePowerEU planını hazırlayıb və qaz və elektrik enerjisinə tələbatın azaldılması üçün əlavə tədbirlər təklif edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar