Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK Cənubi Asiyada böhranlara hazırlaşmaq 4 milyon avro ayıracaq

Avropa Komissiyası Cənubi Asiya və Myanma sakinlərinə münaqişələrin qarşısının alınması tədbirlərini maliyyələşdirmək və böhranlara hazırlaşmaq üçün qrant yardımı göndərəcək...

Poliqon xəbər verir ki, gənclərin cəlb olunması nəzərdə tutulan layihəyə təxminən 4 milyon avro ayrılacaq.

Layihənin məqsədi gənclərə xüsusi diqqət yetirməklə yanaşı, ölkələr daxilində vətəndaş cəmiyyəti subyektlərinin potensialını gücləndirməkdir. Qrant aşağıdakı hissələrə bölünür: AK Şri-Lanka və Maldiv adalarında təşəbbüslərə 1,3 milyon avro, Banqladeş, Myanma və Nepala 2,6 milyon avro ayıracaq.

Sənədlərdə ölkələrin seçilməsi onların regional səviyyədə böhranların, o cümlədən Rohinca xalqının təqibi və Myanmadakı münaqişələrin təsirinə məruz qalması ilə izah edilib.

Beynəlxalq Humanitar və Siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter əmindir ki, Qərb bu cür qrantlarla Asiya ölkələrində özünə təsir rıçaqları yaratmağa çalışır.

"Qərb düzgün məzmun, düzgün mənzərə yaradacaq və Qərbin təsirinin artırılmasının tərəfdarı olan və Myanmada mövcud hökumətə qarşı olan bütün qüvvələrin birləşməsi üçün örnək olacaq insanlar istəyir", deyə ekspert izah edib.

Xatırladaq ki, Avropa Komissiyası da Gürcüstanda vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsi, albanların Aİ haqqında strateji məlumatlandırılması və Latın Amerikası ölkələrində demokratiyanın inkişafı üçün analoji qrantlar ayırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar