Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ və BMT İranı edamları dayandırmağa çağırıb

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası İrana edamları dərhal dayandırması yönündə çağırış edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranda Məhsa Əmini etirazları zamanı İnqilab Keşikçiləri Korpusunun üzvü Besiçi yaraladığına görə edam cəzasına məhkum edilən nümayişçinin edamından sonra Aİ və BMT İnsan Haqları Şurası edamların dərhal dayandırılmasını istəyib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Coep Borrel ofisi tərəfindən verilən yazılı açıqlamada bildirib:

“Bu gün 23 yaşlı Muhsin Şikari İranda davam edən etirazlarla əlaqədar həbs olunduqdan sonra edam edilib. Avropa İttifaqı edamı ən sərt şəkildə pisləyir. Aİ İran hakimiyyətini edam cəzasının tətbiqi, gələcək edamlardan qaçmaq və ölüm hökmünü tamamilə ləğv etmək kimi ardıcıl siyasət yürütməyə çağırır”.

Bəyanatda İranı tərəfdar çıxdığı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktdan irəli gələn öhdəliklərə ciddi şəkildə əməl etməyə çağırış edilir və “İfadə və dinc toplaşmaq azadlığı da daxil olmaqla, əsas hüquqlara hər şəraitdə riayət edilməlidir”, deyilir.

BMT İnsan Haqları Şurasından verilən açıqlamada Şikarinin edamının kədərlə qarşılandığı bildirilib:

“Daha 11 etirazçının edam cəzasına məhkum ediləcəyindən narahatıq. Biz edamları dərhal dayandırmağa çağırırıq. Ölüm cəzası insan hüquqlarına ziddir və yaşamaq hüququ ilə uzlaşa bilməz”.

Qeyd edək ki, Şikari Əmini etirazları zamanı İnqilab Keşikçiləri Korpusunun üzvü Besiçi yaraladığı səbəbilə oktyabrın 25-də həbs edilmiş, noyabrın 20-də isə ölüm cəzasına məhkum edilmişdi. Şikari İranda Əmini etirazları ilə bağlı edam edilən ilk nümayişçi olub. İranda Əmininin ölümündən sonra ölkə daxilində başlayan və təxminən 3 aya yaxın davam edən etirazlarda indiyədək həbs olunan 11 nəfərə edam hökmü çıxarılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Ən çox oxunanalar