Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Ukraynaya planlaşdırılan maliyyə məbləğinin yalnız yarısını ayırmağa hazırdır

Avropa İttifaqı gələn il üçün Ukraynaya planlaşdırılan maliyyə vəsaitinin yalnız yarısını ayırmağa hazırdır...

Poliqon xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna iqtisadiyyat nazirinin müavini Aleksey Sobolev bildirib.

Ukrayna rəsmisi aydınlaşdırıb ki, bu, planlaşdırıldığı kimi 18 deyil, 9 milyard avro olacaq.

Aİ-nin 2027-ci ilə qədər Kiyevə vəd etdiyi yardımın ümumi məbləği 50 milyard avro təşkil edir ki, bunun da 39 milyard avrosu büdcə kəsirinin ödənilməsinə yönəldilməlidir. Nazirin sözlərinə görə, Ukrayna rəhbərliyi hazırda Aİ ilə 39 milyard avrodan 18 milyard avronun gələn il təmin edilməsi üçün işləyir.

Oktyabrın 24-də Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində büdcə yardımının növbəti aylıq tranşını göndərdiyini elan edib.

Ötən gün Ukraynanın baş naziri Denis Şmıxal deyib ki, Kiyev gələn il müharibə dövründəki büdcə kəsirini ödəmək üçün beynəlxalq tərəfdaşlardan təxminən 42 milyard avroya ehtiyac duyacaq. Şmıqal qeyd edib ki, Ukraynanın sosial və humanitar xərcləri ödəmək üçün beynəlxalq yardıma ehtiyacı var. O, həmçinin Rusiya ilə silahlı münaqişənin tez bir zamanda bitəcəyinə ümid etdiyini deyib. Onun sözlərinə görə, Rusiya buna hər an son qoya bilər və Kiyevin müharibənin təşəbbüskarı olmadığını qeyd edib.

"Ortamüddətli perspektivdə Ukrayna iqtisadiyyatına beynəlxalq dəstək Kiyevin ümumi xərclərin daha böyük hissəsini öz üzərinə götürməsinə kömək edəcək", deyə Şmıqal vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar