Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Ukraynaya 20 milyard hərbi yardım üçün yeni plan hazırlayıb

Avropa Xarici Fəaliyyət Xidməti Ukraynaya dəyəri 20 milyard avrodan çox olan hərbi yardımın yeni planını hazırlayıb.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti yazıb.

Bildirilir ki, Avropa planı dörd il ərzində Ukraynaya ayıracaqları on milyardlarla avro hərbi yardım müqabilində Avropa İttifaqının üzv ölkələrinə 20 milyard avrodan çox vəsaitin qaytarılmasını nəzərdə tutur. Avropa İttifaqı 2022-ci ildə yaradılmış Avropa Sülh Fondundan təxminən 6,5 milyard avro cəlb edəcək və 2024-cü ildən 2027-ci ilə qədər hər il 5 milyard avroya qədər vəsait alacaq bir fond yaratmağa hazırlaşır.

Bu fondun vəsaiti Avropa İttifaqı ölkələrinin silah alışı ilə bağlı xərclərini kompensasiya etmək, həmçinin Ukraynadan olan hərbi qulluqçuların hərbi təlim proqramının xərclərini ödəmək üçün istifadə olunacaq.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya 50 milyard avro ayrılmasının nəzərdə tutulduğunu bildirib. Lakin hələlik Macarıstan bu yardıma qarşı çıxır. Yanvarın 19-da Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa Şurasının Ukraynaya yardım göstərməkdə Macarıstanın maneələrini dəf edəcəyi və razılığa gələ biləcəyini deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Ən çox oxunanalar