İttifaqın digər üzvləri Kiyevin dəstəklənməsinə qarşı çıxan Macarıstan və Slovakiya liderlərini öz mövqelərinə yenidən baxmağa çağırıblar...
Estoniyanın Baş naziri Kaya Kallas Avropa İttifaqı (Aİ) liderlərinin sammitində bildirib ki, siyasi assosiasiyanın digər üzvləri Kiyevin dəstəklənməsinə qarşı çıxan Macarıstan və Slovakiya liderlərini öz mövqelərinə yenidən baxmağa çağırıblar.
Poliqon xəbər verir ki, bu barədə European Truth nəşri məlumat yayıb.
Kaya Kallas baş nazirlərdən - Viktor Orban və Robert Fikodan təşviq etdikləri siyasətin nəticələri barədə düşünmələrinin istəndiyini deyib:
“Onlar (Orban və Fiko) öz mövqelərini bildirdilər və əlbəttə ki, onlara gələcəyi necə gördükləri sualı verildi - Ukraynaya kömək etməsək, alternativ nə olacaq? Rusiya qalib gəlsə, bundan sonra nə olacaq? İndi Ukraynanı dəstəkləməsək, təhlükəsiz olacağımızı düşünürlər? Onlar isə bu suala cavab vermədilər”.
Estoniyanın Baş naziri vurğulayıb ki, Kiyevə dəstək mövzusunda Macarıstan və Slovakiya liderləri ilə danışıqları davam etdirmək lazımdır.
Poliqon.info