Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Moldova və Gürcüstanı münaqişələr həll edilmədən üzvlüyə qəbul edə bilər

Avropa İttifaqı Moldova və Gürcüstanı Dnestryanı, Abxaziya və Cənubi Osetiya əraziləri olmadan qismən qəbul etmək imkanını nəzərdən keçirə bilər...

Poliqon xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

"Gürcüstan və Moldovanın Avropa gələcəyi münaqişələrin girovu ola bilməz. Bu, Avropa İttifaqının ən yüksək səviyyəsində təsdiqləndi", deyə Stano "İzvestiya"ya açıqlamasında qeyd edib.

O, Avropa İttifaqının bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb.

Noyabrın 8-də Avropa Komissiyası Moldova və Ukrayna üçün Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağı tövsiyə edib. Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi tövsiyə olunur. Daha sonra Moldova prezidenti Maya Sandu bildirib ki, ölkənin Avropa İttifaqına daxil olması üçün "ən pis ssenari" qismən inteqrasiya olacaq: əvvəlcə Dnestr çayının sağ sahili, sonra isə Dnestryanı əraziyə daxil ola bilər.

Həmçinin Gürcüstan Avropaya inteqrasiya istiqamətində növbəti addımlarını açıqlaylıb. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müxalifəti və vətəndaş sektorunu planın hazırlanmasında iştirak etməyə çağırıb. Papuaşvilinin fikrincə, bu halda Gürcüstan Avropa İttifaqına üzv olmağa namizəd statusu almaq üçün lazım olan nəticələrə nail olacaq.

Gürcüstan və Moldova 2022-ci ilin martında Avropa İttifaqına üzv olmaq üçün ərizə verib. Ukrayna 2022-ci ilin fevralında Avropa İttfaqına müraciət edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay