Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanmasının il dönümü ilə bağlı bəyanat yayıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano ErmənistanAzərbaycan arasında atəşkəsin imzalanmasının il dönümü ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin rəsmi saytında məlumat verilib.

"Bu həftə ErmənistanAzərbaycan arasında imzalanmış atəşkəs sazişindən sonra Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasının birinci ildönümüdür.

Avropa İttifaqı bu döyüşlər zamanı insan tələfatına görə təəssüflənir, həlak olanların və yaralananların ailələrinə başsağlığı verir. Döyüş əməliyyatları dayandırılsa da, danışıqlar yolu ilə hərtərəfli və dayanıqlı həllə doğru irəliləmək üçün bir çox məsələlər hələ də həll edilməlidir. Biz xüsusilə tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, qalan bütün saxlanılanların dərhal azad edilməsinə, minaların təmizlənməsi üzrə tam əməkdaşlığa və sərhədyanı ərazilərdə gərginliyin azaldılmasına çağırırıq", bəyanatda qeyd olunub.

Aİ rəsmisi bildirib ki, təşkilat sülhün olduğu, firavan Cənubi Qafqazın təşviqinə sadiqdir və sülhün qurulmasına və münaqişədən sonrakı reabilitasiyaya töhfə verməkdə fəal iştirak edir.

"Bu, saxlanılanların azad edilməsində və mina xəritələrinin təhvil verilməsində mühüm rol oynayıb. Aİ, həmçinin, münaqişədən zərər çəkmiş insanlara, minaların təmizlənməsi və erkən bərpa işlərinə 17 milyon avrodan çox humanitar yardımla dəstək verib. Aİ tərəflərin ehtiyac duyduğu texniki yardım göstərməklə sərhədlərin delimitasiya və demarkasiyasını dəstəkləməyə hazırdır və Cənubi Qafqazda əlaqələri və iqtisadi əməkdaşlığı təşviq edir".

Aİ-nin Ali Nümayəndəsinin sözçüsü qeyd edib ki, üç onillikdən artıq davam edən münaqişə və iztirablara son qoymaq üçün hərtərəfli nizamlanma lazımdır.

"Bu məqsədə nail olmaq üçün Aİ müvafiq beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə fəal təmasda olmağa davam edəcək, ErmənistanAzərbaycan arasındakı bütün problemlərin hərtərəfli həlli üzərində işləyərək mandatlarını yerinə yetirməkdə onlara tam dəstək verəcək", bəyanatda vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar