Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağlar qoyulan aqrar sektor

İstənilən xəstəliyin radikal və effektli müalicəsi sözsüz ki, diaqnozun vaxtında dəqiqləşdirilərək təsdiqlənməsindən keçir


Azərbaycan iqtisadiyyatı da neçə vaxtdır xəstə durumdadır, ancaq onun “müalicəsi” səmərə vermir, çünki “xəstə yiyəsi” - hökumət müstəqil ekspertlərin belə qoyduğu diaqnozu israrla danır, qəbul etmək istəmir; hər şey qaydasındadır, heç bir böhran-filan yoxdur deyir. 

Nəticədə durum günü-gündən ağırlaşır, “xəstəlik” daha dərinə işləyərək “xronikaya” keçir. Xroniki xəstəliklərin tədavisi isə qat-qat çətin olur. Hər halda, hökumət məmurlarının və iqtidaryönlü bir çox şəxslərin cəmiyyəti yuxuya verməyə yönəlik açıqlamaları buna xidmət edir - diaqnozu bacardıqca pərdələməyə. Guya ölkədə ciddi etirazlar yoxdursa, narahatlığa da əsas yoxdur, ola bilməz. 

Təbii ki, ilğımdır və iqtisadi yaralarımız bununla sağalmaz. İkinci yandan, manat “üzməyə” başlayandan keçən 50 gündə prezidentin imzaladığı antiböhran xarakterli neçə-neçə fərman və sərəncamlardan tamamən ayrı qənaət hasil olur. Belə çıxır ki, ölkə rəhbərinin fərqində olduğu situasiya komanda üzvlərinə ciddi görünmür. Deməli, vəziyyəti kamifuljay eləməklə onlar prezidentə əslində “ayı xidməti” göstərirlər...   
Savadlı iqtisadçılara görə isə, mövcud vəziyyətdən çıxmaq üçün təcili şəkildə ona adekvat addımlar atılmalı, o sırada büdcənin neft asılılığından qurtulması yönündə islahatlar aparılmalıdır. Söhbət öncəliklə qeyri-neft sektorunu - sənayeni, xüsusən də aqrar sahəni dirçəltməkdən, dövlətin idxaldan, məxsusən də kənd təsərrüfatı məhsullarının idxalından asılılığını azaltmaqdan gedir. 

Bunu həm də Qarabağ boyda problemi olan bir ölkənin ərzaq təhlükəsizliyi diktə edir. Fəqət, ən ağlar durumda da elə aqrar sektordur. Yeri gəlmişkən, təzəlikcə məlum olub ki, indiyədək kənd təsərrüfatının inkişafına ayrılan vəsaitlər yerli məmurlar tərəfindən yeyilib; bu və başqa səbəblərdən də aqrar islahatlar baş tutmayıb. 
Ancaq siz Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin ötən il açıqladığı hesabata diqqət etsəniz, orada iri çaplı bircə məmurun, icra başçısının belə tutulmadığına əmin ola bilərsiniz. Niyə belə bir şey yoxdur? Ona görə ki, kəndliyə, fermerə çatası həmin vəsaiti yerli məmur təkbaşına mənimsəməyib, mənimsəyə də bilməzdi - bunu bilməyən varmı ki?   
Məsələ də ondadır ki, nə qədər ki, Azərbaycanda cinayət olacaq, cəza olmayacaq, yaxud cəza ola-ola cinayət olmayacaq - ölkənin iqtisadi durumu yaxşıya dəyişməyəcək, islahatların yalnız görüntüsü qalacaq. Özümüzü aldatmayaq, gerçək islahatlar üçün müstəqil məhkəmələrin və hüquq sisteminin varlığı əsas şərtlərdən biridir. 

Qısası odur ki, iqtisadi islahatlar yalnız siyasi, hüquqi islahatlarla yanaşı gedərsə, nəticələr ola və ölkə onu izləyən “Holland sindromu”nun ağır nəticələrindən yayına bilər. Bu, 2 x 2 qədər bəsit bir həqiqətdir. Qalır onu qəbul eləmək. 

Belə bir etiraf gecikdikcə ölkədə təkcə intiharlar deyil, oğurluqlar, iqtisadi və hətta siyasi cinayətkarlıqlar da artacaq. Hansı təmayülü ki, dekabrın 21-dən sonra artıq qabarıq müşahidə elməkdəyik. 

Diaqnozu, gerçəyi danmaq - nə qədər ağır da olsa - ölkəyə baha başa gələ bilər, sözümüzün canı budur.

Zahid SƏFƏROĞLU(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil

Ən çox oxunanalar