Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaşda yol qəzasında 3 nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb...

Ağdaşda baş verən qəza ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Yuxarı Şirvan bürosuna bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

***

Ağdaşda 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki “Ford” markalı yük maşını ilə “ATEGO” markalı yük avtomobili toqquşub.

Nəticədə Qarayev Yaşar Maarif oğlu, Qəbələ rayon sakinləri Əliyev Rəşad Ədalət oğlu və 1980-ci il təvəllüdlü Ağammədov Yasin Sədiyar oğlu dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Ağəmmədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır.

***

Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Hazırda hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər.

Hadisənin tam təfərrüatları barədə məlumat veriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Saatlının Dədə Qorqud kəndində oğul atasını şüşə parçası ilə qətlə yetirib

Ən çox oxunanalar