Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda çətənə bitkisinin kultivasiyasını təşkil edənlər saxlanılıblar

Faktla bağlı araşdırmalar davam etdirilir...

Ağdamda polislər qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxsləri saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində rayon sakinləri Anar Babayev və onun qohumu olan qadın saxlanılıb.

Onlar aqrotexniki üsulla narkotik tərkibli bitkiləri yetişdirməkdə şübhəli olduqlarına görə, yaşadıqları ünvanlara baxış keçirilib. Baxış zamanı, ümumilikdə 160 ədəd çətənə bitkisi və 450 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən digər əməliyyat tədbiri ilə eyni əmələ görə şübhəli olan rayon sakini Səbuhi Vəliyev də saxlanılıb. Onun yaşadığı ünvandan isə 53 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Məhkəmənin qərarına əsasən, A.Babayev və S.Vəliyev barəsində həbs, A.Babayevin qohumu barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar