Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam-Xankəndi yolunun açılmasına əsas mane olan güc mərkəzi Rusiyadır, ya Qərb?..

Şounu bitirmək üçün Ağdam-Xankəndi yolunun Laçın yolu ilə parallel açılmasıdır ki, Azərbaycan da bunu təklif edir...

Siyasi-şərhçi: “Görünən odur ki, Rusiya sülhməramlıları Ağdamdan gələn yüklərin keçirilməsinə razılıq verirlər, lakin yerli əhalinin nümayəndələri, ələxsus Rusiya ilə bağlı olan Vardanyan, onun dəstəsi o yolu kəsibdir”.

“Burada Qərbin mövqeyi maraqlıdır. Çünki faktiki olaraq Qərb Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın tanınmasını, Qarabağ erməniləri ilə Bakı arasında dialoqun beynəlxalq formatda keçirilməsi şərti ilə razılaşır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Ağdam-Xankəndi yolunun açılmasına əsas mane olan qüvvələri Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Laçın yolu ətrafında “blokada” şousu davam edir. Əslində bu şonu bitirmək üçün Ağdam-Xankəndi yolunun Laçın yolu ilə parallel açılmasıdır ki, Azərbaycan da bunu təklif edir. Bəs hazırda Ağdam-Xankəndi yolunun açılmasına əsas mane olan güc mərkəzi hansı tərəf görünür? Yerdə vəziyyətə hakim olan Rusiya, yoxsa bəyanat verməkdən başqa heç bir imkanı olmayan Qərb?

Ağdam-Xankəndi yolu ətrafında gedən “oyunları” Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Ermənistan rəhbərliyi öz nüfuzunu Qarabağ erməniləri arasında konstruktiv mövqedən yox, destruktiv kontekstdə istifadə edir”.

Ermənistan-Azərbaycan münasibətlərinin sülh müqaviləsi vasitəsilə normallaşsın üçün Qərbin Ermənistan rəhbərliyini ön şərtdən çəkindirməli olduğunu düşünən ekspert vurğulayıb ki, Qarabağ erməniləri məsələsi isə Azərbaycanın daxili məsələsinə çevrilməlidir:

“Fiziki olaraq Ağdam-Xankəndi yolunu Qarabağ ermənilərinin nümayəndələri kəsiblər. Eyni zamanda orada Rusiya sülhməramlılarının postu da var. Görünən odur ki, Rusiya sülhməramlıları Ağdamdan gələn yüklərin keçirilməsinə razılıq verirlər, lakin yerli əhalinin nümayəndələri, ələxsus Rusiya ilə bağlı olan Vardanyan, onun dəstəsi o yolu kəsibdir. Demək ki, burada Rusiyanın da müəyyən dərəcədə rolu var.

İkinci məqam isə, artıq siyasi məqamdır. Burada da, Rusiyanı və Qərbi, eyni zamanda da Ermənistan rəhbərliyini nəzərdə tutmaq lazımdır. Ermənistan rəhbərliyi öz nüfuzunu Qarabağ erməniləri arasında konstruktiv mövqedən yox, destruktiv kontekstdə istifadə edir. Onları maliyyələşdirir, dəstəkləyir, lakin reinteqrasiya ilə bağlı onları stimullaşdırmır.

Rusiyanın ümumi yanaşması ondan ibarətdir ki, bu dialoq ancaq Rusiya sülhməramlılarının vasitəsilə baş tuta bilər. Hətta, Ağdam-Xankəndi yolunun istifadəsi belə mümkün olmadığı şəraitdə bu dialoqun ancaq Rusiya vasitəsilə keçirilməsinə nail olmaq istəyirlər. Yəni, onlar 2020-ci ildən sonra Ermənistan-AzərbaycanBakı-Qarabağ erməniləri treklərində əsas vasitəçi rolunu qorumaq niyyətindədirlər və bunu açıq-aşkar bildirirlər.

Fərhad Məmmədov: “Rusiya Ermənistan-Azərbaycan arasında uzunmüddətli sülhə nail olmamaq üçün öz resurslarını yenidən səfərbər edibdir”.

Burada Qərbin mövqeyi maraqlıdır. Çünki faktiki olaraq Qərb Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın tanınmasını, Qarabağ erməniləri ilə Bakı arasında dialoqun beynəlxalq formatda keçirilməsi şərti ilə razılaşır. Lakin Qarabağ erməniləri Rusiyanın nəzarətində olduğunu üçün Moskva bundan istifadə edir. Rusiya Ermənistan-Azərbaycan arasında uzunmüddətli sülhə nail olmamaq üçün öz resurslarını yenidən səfərbər edibdir.

Belə olan halda, Qərb bu ön şərtdən Ermənistan rəhbərliyini çəkindirməkdir ki, Ermənistan-Azərbaycan münasibətləri sülh müqaviləsi vasitəsilə normallaşsın. Qarabağ erməniləri məsələsi isə Azərbaycanın daxili məsələsinə çevrilsin. Yəni, bu prosesləri paralel həyata keçirmək mümkünsüzdür. Qərb bunu nə qədər tez anlasa, onun vasitəçiliyi də o qədər səmərəli olacaqdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay