Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev Lavrovla ABŞ rəsmiləri arasında gizli Ukrayna danışıqlarını təsdiqləyib

Buna baxmayaraq ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Vaşinqton Kiyevin iştirakı olmadan Ukrayna üzrə danışıqları dəstəkləmir...

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi NBC News telekanalının aprel ayında Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey LavrovABŞ-ın keçmiş yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri arasında Ukrayna üzrə sülh nizamlanmasına zəmin yaratmaq üçün gizli danışıqlar aparıldığı barədə xəbərini təsdiqləyib.

Poliqon xəbər verir ki, o, Vaşinqtonun danışıqlara icazə vermədiyini və dəstəkləmədiyini vurğulayıb.

“Amma mən açıq şəkildə bildirmək istəyirəm ki, bu danışıqlar bizim tərəfimizdən təşviq olunmayıb və ya təşəbbüskar olmayıb, biz onları heç bir şəkildə fəal dəstəkləməmişik", deyə Kirbi bildirib.

Reuters Agentliyinin məlumatına görə, brifinq zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi də bildirib ki, Vaşinqton Kiyevin iştirakı olmadan Ukrayna üzrə danışıqları dəstəkləmir.

Dünən, iyulun 6-da "NBC News" 6 mənbəyə istinadən xəbər verib ki, aprel ayında Nyu-Yorkda bir qrup keçmiş yüksək rütbəli ABŞ rəsmisi Rusiya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıb. Telekanal xəbər verir ki, Sergey Lavrov ən azı bir dəfə bu prosesdə iştirak edib.

NBC-nin həmsöhbətləri iddia edirlər ki, Rusiya xarici işlər nazirinin iştirakı ilə söhbət bir neçə saat davam edib. Danışıqlarda Ukraynada silahlı münaqişənin dayandırılmasının diplomatik variantları və Rusiya qoşunlarının işğal etdiyi ərazilərin taleyi müzakirə edilib. İddia olunur ki, Sergey Lavrovla görüşdə xüsusilə ABŞ-ın keçmiş dövlət katibinin sabiq müşaviri Kolin Pauell Riçard Haas və ABŞ prezidenti Corc Buşun Rusiya və Avrasiya üzrə keçmiş müşaviri Tomas Qrem iştirak edib.

ABŞ prezidenti Co Bayden dəfələrlə bəyan edib ki, Vaşinqton Ukrayna ilə bağlı Kiyevin iştirakı olmadan danışıqların aparılmasına qarşıdır. İyulun 6-da Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada vəziyyətin nizamlanması üçün sülh danışıqları sentyabrdan bir qədər gec başlaya bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar