Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afrika ölkəsində siyasi qalmaqal davam edir: Prezident hökuməti buraxıb

Uzun müddətdi siyasi qalmaqalların səngimədiyi Seneqalda vəziyyət gərgin olaraq qalır...

Poliqon Seneqalın RTS milli teleradio şirkətinə istinadən xəbər verir ki, ötən gün ölkə hökuməti buraxılıb və yeni baş nazir təyin edilib. Bu barədə prezident Maki Salle sərəncam imzalayıb.

Dövlət başçısı hökuməti buraxıb və daxili işlər naziri Sidiki Kabounu yeni baş nazir təyin edib.

Bir gün əvvəl Seneqal Konstitusiya Məhkəməsi ölkədə növbəti prezident seçkilərinin hazırkı prezident Maki Sallenin səlahiyyət müddəti bitmədən - aprelin 2-dən gec olmayaraq keçirilməli olduğunu müəyyən edib.

Əvvəlcə Seneqalda prezident seçkiləri 2024-cü il fevralın 25-nə təyin edilmişdi. Lakin ölkə parlamentinin qərarı ilə dekabrın 15-nə keçirilib. Qərar qalmaqallı olub, çünki səsvermə zamanı müxalifət deputatları zorla zaldan çıxarılıb və onlar qərara təsir edə bilməyiblər.

Seneqalda seçkilərin təxirə salınması elan edildikdən sonra etirazlar başlayıb. Aksiyalarda polis güc tətbiq edib. Ölkədə internet bağlanıb və müstəqil Walf TV telekanalının yayımını kəsib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar