Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Afaq Bəşirqızının söyüşünə media eksperti Qulu Məhərrəmli münasibət bildirib

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızının Elgiz Əkbərin ARB telekanalında yayımlanan verilişində qeyri-etik ifadələr səsləndirməsi ölkənin əsas gündəm mövzusuna çevrilib...

PİA.az xəbər verir ki, media eksperti, professor Qulu Məhərrəmli vəziyyətə münasibətini bildirib.

O, hesab edir ki, belə xoşagəlməz məsələnin üzərində çox dayanmağa dəyməz: “Milli Teleradio Şurasının ARB-nin yayımını 6 saat dayandırması cəzası doğru qərardır. Amma hesab edirəm ki, çox da ədalətli deyil. Çünki burada çox açıq görünür ki, televiziyanın özünün rolu və günahı kifayət qədər deyil. Hər halda televiziyada işləyən hər kəs bilir ki, efirə gedən səsi 10 saniyə ləngitmək imkanı var. Görünür ki, bu məsələləri gələcəkdə nəzərə almaq lazım olacaq.

Xalq artistinin söyüşlə danışması isə həddən artıq həssas məsələdir, xüsusən tanınan adamların. Odur ki, efirə qoşulanda, yaxud efirdə olarkən davranış və danışıqlarına ciddi diqqət yetirməlidirlər. İstər ictimai fiqur, istərsə də sıradan bir şəxs efirdə və ya mikrofon qarşısında çox hövsələli, səbirli və təmkinli olmalıdır. Söyüş söymək olmaz və bunu hər kəs bilir. Əlbəttə ki, arzuolunmaz hadisədir. MTRŞ-nın da addımları göstərdi ki, belə məsələlərdə güzəşt olmayacaq, prinsipial yanaşılacaq. Odur ki, canlı efirdə çalışan rejissorlar, televiziya prodüserləri bunu nəzərə almalıdır ki, efirimizi nə qədər təmiz saxlasaq, bir o qədər yaxşı olar. Çünki efir nümunə, təbliğat vasitəsidir, nəzərdə tutmaq lazımdır ki, televiziya ictimai tribunadır və burada davranışlar xüsusi çərçivədə olmalıdır”. (Publika.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar