Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil İsmayılovla bağlı qərar ləğv edildi

Bu barədə Adil İsmayılov özünün Feysbuk səhifəsində məlumat verib...

Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar ləğv edilib.

“Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi. Əminəm ki, fəaliyyətimin bərpa edilməsi barədə xəbəri məni istəyən hər bir şəxs sevinclə qarşılayacaq, qalanlar özləri bilər. Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına , vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam.

İndi isə daim mənim yanımda olan, öz varlığını və mənim tək olmadığımı hiss etdirən hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm, yaxşı ki varsınız və mənimləsiniz. Eyni zamanda vəkillik fəaliyyətimin bərpa edilməsində birbaşa iştirak etmiş şəxlərə minnətdarlığımı bildirirəm. Mən pisliyi unudanlardanam, yaxşılığı əsla unutmuram!

Sizləri çox sevirəm”, - vəkil bildirib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyətinin intizam icraatı çərçivəsində bir il müddətinə dayandırılması barədə qərar qəbul edilimişdi.

Adil İsmayılovun cəzalandırılmasına bir neçə həmkarının şikayəti səbəb olmuşdu. Şikayətdə Adil İsmayılovun sosial şəbəkədə Vəkillər Kollegiyası üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsi qeyd olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ən çox oxunanalar