ABŞ senatorlarının əksəriyyəti, lehinə 83, əleyhinə 11 səs olmaqla, general Çarlz Braunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri təyin edilməsinə səs verib...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Çarlz Braun bu vəzifədə səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Mark Millini əvəz edəcək.
Çarlz Braun 1989-1993-cü illərdə xidmət etmiş Kolin Paueldən sonra bu vəzifəyə təyin edilmiş ikinci afro-amerikalıdır. Bundan əlavə, Reuters-in bildirir ki, ABŞ tarixində ilk dəfə olaraq afroamerikalılar eyni vaxtda Birləşmiş Qərargah Rəisləri Komitəsinə və Pentaqona (Lloyd Austin) rəhbərlik edirlər.
Çarlz Quinton-Braun 1984-cü ildə Texas Texnologiya Universitetini mühəndislik dərəcəsi ilə bitirdikdən sonra Hərbi Hava Qüvvələrinə qoşulub. Xidmət etdiyi müddətdə Cənubi Koreyada, Almaniyada (Ramşteyn bazası), İtaliyada ABŞ Hərbi Hava Qüvvələrində müxtəlif taktiki vəzifələrdə çalışıb. 2015-ci ildən ABŞ Hərbi Hava Qüvvələrində Yaxın Şərq və Afrika, Mərkəzi Asiya və Sakit Okean regionunda komandanlıq vəzifələrində çalışıb.
Poliqon.info