Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiya uranının idxalını qadağan etməyi planlaşdırır

Ağ Ev zənginləşdirilmiş Rusiya uranının idxalını qadağan etməyi düşünür...

Poliqon xəbər verir ki. bu barədə Bloomberg Agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. Agentlik xəbər verir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası zənginləşdirilmiş Rusiya uranının idxalını qadağan etməyi düşünür.

Rusiyadan uran idxalının məhdudlaşdırılması ilə bağlı danışıqlara Ağ Evin Milli Təhlükəsizlik Şurası, Energetika Nazirliyi və digər administrasiya qurumlarının rəsmiləri rəhbərlik edir. Mənbələrin bildirdiyinə görə, bu məsələ ilə bağlı hələlik heç bir qərar verilməyib.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, Rusiya müxtəlif ölkələrdə 90-dan çox kommersiya reaktorunda istifadə olunan zənginləşdirilmiş uranın təxminən dörddə birini təmin edir. Bu, Rusiyanı bir nömrəli xarici təchizatçı edir. Uran satışı Rusiyaya ildə təxminən 1 milyard dollar gəlir gətirir və Ağ Ev Rusiyanın uran mənbələrindən asılılığının “ABŞ iqtisadiyyatı üçün risk yaratdığını” bildirib. Lakin Rusiya uranına sanksiyalar tətbiq edilərsə, bu ehtiyatların dəyişdirilməsi çətin ola bilər və zənginləşdirilmiş uranın qiymətini 20% artıra bilər.

Bu ilin mart ayının sonunda Rusiyadan Avropa İttifaqına uranın idxalının qiymətlərinin 2013-cü ildən bəri ən yüksək həddə çataraq kiloqramı üçün 1713 avro təşkil etdiyi bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Ən çox oxunanalar