Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ milyarderləri daha çox vergi ödəməyi təklif edirlər  

ABŞ-da 18 nəfər milyarderin imzası ilə varlılardan daha çox vergi tutulmasının zəruri olduğu barədə bir məktub yayımlanıb

2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürənlərə müraciətlə yazılmış məktubda ölkənin 10 faizini təşkil edən varlılardan “sərvət vergisi” tutmaq təklif edilir.

AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, yeni verginin orta və ya aşağı gəlirli deyil, maliyyə baxımından ən imkanlı təbəqədən tutulmasının zəruri olduğu vurğulanır.

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən bir sıra siyasətçilərin “sərvət vergisi” ideyasını dəstəklədiyi bildirilən məktubda namizədlər arasından demokrat senator Elizabet Varrenin təklifi əsas götürülüb. Təklifdə 50 milyon dollardan artıq sərvəti olanların bu miqdardan artıq məbləğin 2 faizini vergi kimi ödəmələri irəli sürülür. Məsələn, 70 milyon sərvəti olan şəxs, təklifə əsasən, 20 milyon dolların 2 faizi qədər, yəni 400 min dollar vergi ödəməlidir. 1 milyard dollardan artıq sərvəti olanlardan isə 3 faiz dərəcəsi ilə vergi tutulmalıdır. Məktubda bildirilib ki, yeni verginin tətbiq olunacağı təqdirdə büdcəyə 10 ildə 3 trilyon dollar əlavə vəsait daxil olacaq.

pia.az


Etiket: vergi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bakıda avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - Video

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Ən çox oxunanalar