Cümə axşamı, 20 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsinə qarşı...

ABŞ Konqresinin Nümayəndələr Palatası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya tətbiq olunması haqda qanun layihəsini təsdiqləyib...

Poliqon xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) rəsmilərinə Vaşinqton və onun müttəfiqlərinə qarşı işlərə baxılmasına görə sanksiyalar təklif edən qanun layihəsini təsdiqləyib. Layihəni 247 konqresmen (205 respublikaçı və 42 demokrat) dəstəkləyib, 155-i əleyhinə (hamısı demokratlar) səs verib. Səsvermənin nəticələri ABŞ Konqresinin aşağı palatasının saytında təqdim olunub.

Sənəd “Birləşmiş Ştatların və onun müttəfiqlərinin himayəsi altında hər hansı şəxsi araşdırmaq, həbs etmək və ya mühakimə etmək üçün hər hansı səydə iştirak edən” şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Məhdudiyyətlərə ABŞ-da əmlakla əməliyyatların qadağan edilməsi, həmçinin vizaların bloklanması və ləğvi daxildir.

Qanun layihəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın İsrailin baş naziri və müdafiə naziri Benyamin Netanyahu və Yoav Qalantın, eləcə də HƏMAS-ın üç liderinin hərbi cinayətlərə görə həbsə order verilməsini xahiş etməsindən sonra hazırlanıb. ABŞ prezidenti Co Baydenin administrasiyası layihəyə qarşı çıxıb. Ağ Ev bildirib ki, İsraili qorumaq, ABŞ-ın BCM-dəki mövqeyini qorumaq və beynəlxalq ədaləti və hesabatlılığı təşviq etmək üçün daha yaxşı yollar var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-in nümayəndə heyəti Belarusda səfərdədir - Foto, Video

Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Şimali Koreyada Lavrovun zaldan qovulmasının səbəbi açıqlanıb

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

“Hizbullah” lideri müharibə zamanı İsrailin təhlükəsiz bölgəsinin olmayacağını deyib

Vladimir Putin Vyetnamın paytaxtı Hanoya səfər edib

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb

AYNA kasıbları taksiyə minməyə zorlayır?.. – Axşam saatlarında avtobuslar hara yoxa çıxır?

DTX-dən əməliyyat: Rəsmi şəxslərin adından saxta müraciətlər hazırlayan şəbəkə ifşa olundu

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib - Foto

Ən çox oxunanalar