ABŞ-ın hərbi kəşfiyyatı rus generallarını öldürmək üçün Rusiya ordusunun hərbi bazalarının koordinatlarını Ukrayna Silahlı Qüvvələrinə ötürüb...
Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Qəzet yazır: “Münaqişə boyu Birləşmiş Ştatlar Ukraynaya komandanlıq məntəqələri, silah-sursat anbarları və Rusiya hərbi xəttindəki digər əsas qovşaqlar haqqında məlumat verib”.
Qeyd olunur ki, məhz bu kəşfiyyat Ukrayna tərəfinə yüksək rütbəli generalları öldürməyə və silah-sursat təchizatını Rusiya cəbhə xəttindən daha da uzaqlaşdırmağa imkan verib.
Poliqon.info