Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın yaxın illər üçün Şimali Koreya ilə bağlı strategiyası məlum olub

ABŞ yaxın illərdə Koreya yarımadasında təxribat xarakterli hərəkətlərdən qaçmağa çalışacaq, eyni zamanda Seul və Vaşinqton arasında birgə hərbi təlimlər davam edəcək, lakin miqyası artırılmayacaq...

Poliqon xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş baş komandanı, admiral Ceyms Stavridis Bloomberg Agentliyində dərc olunan məqaləsində bildirib.

"Birləşmiş Ştatlar çox güman ki, "həkim, zərər vermə" yanaşmasını tətbiq edəcək və Koreya yarımadasında təxribat xarakterli hərəkətlərdən qaçmağa çalışacaq. Birləşmiş Ştatlar və Cənubi Koreya arasında hərbi təlimlər çox güman ki, davam edəcək, lakin həcmi və miqyası artmayacaq", deyə Stavridis yazıb.

Onun fikrincə, Şimali Koreya son vaxtlar Rusiya və Çinlə əlaqələrin inkişafı fonunda özünü "rahat vəziyyətdə" görür. Stavridis yazır ki, tərəflər iqtisadi və diplomatik əməkdaşlığı artırırlar.

Eyni zamanda, keçmiş baş komandanın sözlərinə görə, bütün bunlar "seçki ilində prezident Co Baydenin administrasiyası üçün yaxşı xəbər deyil".

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In ölkə konstitusiyasına dəyişikliklərə çağırıb, Cənubi Koreyanı "daimi əsas düşmən" kimi göstərib, həmçinin müharibə vəziyyətində belə Cənubun "tam işğalı"na söz verib. Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreyalararası məsələlərlə məşğul olan departamentləri də ləğv edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay