Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Ukrayna və Ermənistanı yaxınlaşdırmaq səyləri nəyə xidmət edir? - Ekspertdən sərh

Məlumatlara görə Ermənistan ABŞ-ın köməyi ilə Ukraynaya “Toçka-U” raket sistemlərini verməyə razılaşıb...

Hərbi-ekspert: “Mən Ermənistanın ABŞ köməyi ilə əlində olan məhdud sayda “Toçka-U” raket sistemlərini Ukraynaya verəcəyinə inanmıram”.

Ermənistanın ABŞ vasitəsilə Ukraynaya yaxınlaşmağa müəyyən səy göstərməsi heç də operativ-taktiki raket komplekslərini ixracı məsələsində konsensus əldə edildiyini iddia etməyə əsas verməz”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ermənistanın Ukraynaya silah verəcəyi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Bəzi məlumatlara görə Ermənistan ABŞ-ın köməyi ilə Ukraynaya “Toçka-U” raket sistemlərini verməyə razılaşıb. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyayönlü mənbələrə istinadən məlumat yayıb. Digər tərəfdən isə, son zamanlar Ukrayna rəsmiləri Ermənistan hakimiyyətinə qarşı isti münasibət sərgiləməyə başlayıblar.

ABŞ-ın səyləri ilə Ukrayna və KTMT üzvü olan Ermənistanın hərbi əməkdaşlıq səviyyəsində yaxınlaşması mümkündürmü və Vaşinqtonun bu səyləri nəyə xidmət edir?

Ermənistan və Ukraynanın hərbi əməkdaşlığını Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Həqiqətən də, taktiki raket komplekslərinin Ukraynaya verilməsində bəlli bir maraqlar varsa, bu zaman hazırda ABŞ-la müttəfiq olan və eyni blokda yerə alan bir çox ölkələrin arsenalında “Toçka-U” raketlərindən hələ də qalmaqdadır”.

“Toçka-U” raket komplekslərinin Ermənistandan çıxarılmasının onların yerinin nəylə doldurula biləcəyi barədə sualları meydana gətirdiyini vurğulayan ekspert Poliqon-a bildirib ki, bu sualların da hazırda nə Ukrayna, nə Ermənistan, nə də ABŞ konkret aydın cavab verə bilər:

“Mən Ermənistanın ABŞ köməyi ilə əlində olan məhdud sayda “Toçka-U” raket sistemlərini Ukraynaya verəcəyinə inanmıram. Çünki bunlar kifayət qədər bahalı silah sistemləridir və onların Ukraynaya verilməsi Ermənistanın onsuz da kifayət qədər zəifləmiş hərbi potensialına dərindən zərbə vurar. ABŞ zamanında Ukraynanı nüvə silahlarını Rusiyaya verməyə inandırdı. Bu silahlar Ukraynayadan çıxarıldıqdan sonra Kiyevin başına gələn bəlalardan hamımız xəbərdarıq.

Ermənistanın ABŞ vasitəsilə Ukraynaya yaxınlaşmağa müəyyən səy göstərməsi heç də operativ-taktiki raket komplekslərini ixracı məsələsində konsensus əldə edildiyini iddia etməyə əsas verməz. “Toçka-U” raket komplekslərinin Ermənistandan çıxarılması onların yerinin nəylə doldurula biləcəyi barədə sualları meydana gətirir. Bu sualların da hazırda nə Ukrayna, nə Ermənistan, nə də ABŞ konkret aydın cavab verə bilər.

Ədalət Verdiyev: “Ermənistanın taktiki raketləri Ukraynaya verməsi barədə yayılan xəbərləri sadəcə olaraq məlumat kimi dəyərləndirmək olar”.

“Toçka-U” raket komplekslərinin əvəzinə hansı ölkələrin Ermənistana taktiki raket kompleksi satması barədə konkret siqnallar mövcud deyil. Belə bir silahları Ermənistana satmaq istəyən ölkənin də adı məlum deyil. Odur ki, Ermənistanın taktiki raketləri Ukraynaya verməsi barədə yayılan xəbərləri sadəcə olaraq məlumat kimi dəyərləndirmək olar. Eyni zamanda bu xəbərə təsdiqlənməyən bir məlumat kimi baxmağımız daha doğru olardı.

Həqiqətən də, taktiki raket komplekslərinin Ukraynaya verilməsində bəlli bir maraqlar varsa, bu zaman hazırda ABŞ-la müttəfiq olan və eyni blokda yerə alan bir çox ölkələrin arsenalında “Toçka-U” raketlərindən hələ də qalmaqdadır. Həmin silahların ABŞ-ın Ukraynaya verilməsi üçün səy göstərməsi daha az resurslar tələb edir, nəyinki məğlub, əzilmiş, döyülmüş Ermənistandan silahların Ukraynaya ötürülməsi. Buna görə də, bu məsələləri hələlik real hesab etmək olmaz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar