Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesində rolu necə görünür?

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono İrəvana səfər edib...

Politoloq: “ABŞ bəzən ədalətsiz ritorika izləyərək birtərəfli mövqe tutur, Ermənistanı dəstəkləyir. Bu isə təbii ki, Azərbaycanı narahat edən məqamlardır”.

“Dövlət katibi Entoni Blinklen də bir müddət əvvəl verdiyi açıqlamada Ermənistanla əməkdaşlığın yeni istiqamətlərini düşündüklərini bildirmişdi”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşavirinin İrəvana səfərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono İrəvana səfər edib. Ermənistan mətbuatında yayılan xəbərə görə, səfər çərçivəsində o, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla görüşüb. Danışıqlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bu istiqamətdə ardıcıl fəaliyyətin təmin olunmasının vacibliyi müzakirə edilib.

ABŞ-ın Ermənistan-Azərbaycan sülh prosesinə yanaşması Azərbaycanı qane edirmi və sülh prosesində ABŞ-ın rolu necə görünür?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə etmək.

Zeynal Əmrəliyev: “ABŞ-ın məsələnin həllində uğurlu vasitəçiliyinə bir o qədər də inanmıram”.

Həm Brüssel görüşü, həm də həmən görüşdən sonrakı proseslər ABŞ-ın bitərəf ölkə olmadığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Vaşinqton rəsmi şəkildə İrəvanın müttəfiqi olduğunu bildirib:

ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi uzun illər Qarabağ münaqişəsinin nizamlanması prossesində iştirak edib. Düzdür, bu müddət ərzində bu qrup müsbət mənada heç bir fəaliyyət göstərmədi. Ancaq hər halda ABŞ Azərbaycan-Ermənistan arasında mövcud olan problemləri bilir. Zaman-zaman Vaşinqton münaqişənin həlli ilə bağlı müsbət mənada addımlar atır. İkinci Qarabağ müharibəsindən sonra bir neçə dəfə ABŞ Dövlət Katibinin vasitəçiliyi ilə tərəflər arasında görüş keçirilib.

Ancaq ABŞ bəzən ədalətsiz ritorika izləyərək birtərəfli mövqe tutur, Ermənistanı dəstəkləyir. Bu isə təbii ki, Azərbaycanı narahat edən məqamlardır. Əgər rəsmi Vaşinqton öz niyyətində səmimi olduğu göstərərsə, müəyyən addımlar atıla bilər. Ancaq onu da deyim ki, artıq AzərbaycanErmənistan öz aralarında əsas problemləri həll ediblər. Hansısa dövlətin bundan sonra belə bir təşəbbüslə çıxış etməsi sadəcə olaraq imzalanacaq sülh müqaviləsində öz maraqlarını müdafiə etmək olacaq. Bu məsələ ilə bağlı bitərəf ölkə tapmaq lazımdır.

Həm Brüssel görüşü, həm də həmən görüşdən sonrakı proseslər göstərir ki, ABŞ bitərəf ölkə deyil. Vaşinqton rəsmi şəkildə İrəvanın müttəfiqi olduğunu bildirib və Dövlət katibi Entoni Blinklen də bir müddət əvvəl verdiyi açıqlamada Ermənistanla əməkdaşlığın yeni istiqamətlərini düşündüklərini bildirmişdi. Buna görə də ABŞ-ın məsələnin həllində uğurlu vasitəçiliyinə bir o qədər də inanmıram”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Ən çox oxunanalar