Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın çöküşü qarşısı alınmaz mərhələyə girib?.. - Bəs yeni dünya necə olacaq?

Yeni dünya sistemində liberalizm hakim mövqedə olacaqmı və əksinə, avtoritarizmin bütün dünyaya hakim olma ehtimalı daha böyükdür?..

Siyasi şərhçi: “Bu gün ABŞ-ın daxili və xarici siyasətində böhran yaşanır. Əfqanıstan məsələsi də bu böhranın yalnız görünən tərəfidir, çox cuzi bir hissəsidir”.

“Bütün nöqsanlarına, bütün minuslarına baxmayaraq deməliyik ki, ABŞ dünyada çoxqütblülük yaradan güc deyil, həm də digər rəqibləri ilə müqayisə, yəni Rusiya və Çinlə müqayisədə müqayisə olunmaz dərəcədə demokratik və hüquqi dövlətdir. Bu amillərin ortadan götürülməsində sonra dünyanın hansı mənzərəni alacağını təsəvvür edin. Bunu təsəvvür etmək belə çətindir və arzuolunmazdır”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu ABŞ-da gedən siyasi, iqtisadi və sosial prosseslərin imperiyanın çökmə prosesi kimi dəyərləndirilməsi PİA.az-a şərh edərkən qeyd edib.

Son illər bir çox Qərb analitikləri Amerikanın bir imperiya olaraq çökmə mərhələsində olduğunu yazırlar. ABŞ-ın Əfqanıstandan tələsik çıxmasından sonra isə Amerikan imperiyasının çöküşünün qarşısı alınmaz prosesə çevrildiyini iddia edənlərin sayı hədsiz artıb.

Barak Obama dönəmindən başlayaraq ABŞ-da gedən siyasi, iqtisadi və sosial prossesləri imperiyanlın çökmə prosesi kimi dəyərləndirmək olarmı və Amerikan imperiyasının çöküşü prosesi qarşısı alınmaz mərhələyə giribsə, 20 ildən sonra dünyanı necə bir sistem gözləyə bilər? Ümumiyyətlə yeni dünya sistemində liberalizm hakim mövqedə olacaqmı və əksinə, avtoritarizmin bütün dünyaya hakim olma ehtimalı daha böyükdür?

ABŞ-ın dünya gegemonluğu çökərsə, bundan sonra dünyan düzəninin necə olacağını PİA.az-ın əməkdaşı hal hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Əgər ABŞ bir dünya sistemi olaraq süquta uğrayarsa, gələcəkdə dünya indiki sistemdən yaxşı heç nə əldə edə bilməyəcək”.

ABŞ-da artıq sistem böhranının yaşandığını vurğulayan siyasi şərhçi PİA.az-a bildirib ki, bu çöküş artıq özünü iqtisadiyyatda, siyasətdə, daxili sosial durumda və bir çox amillərə göstərir. O cümlədən ABŞ-da yaşanan böhran vəziyyət özünü beynəlxalq tərəfdaşlıqda da göstərir:

“Əvvəla onu qeyd edim ki, ABŞ imperiyası ifadəsinin özü doğru deyil və uyğun gəlmir. Çünki ABŞ klassik anlamda imperiya deyil. ABŞ özü daha əvvəl koloniya olsa da heç vaxt imperialist dövlət olmayıb dünyanı kolonial sitemlə idarə etməyib. İmperialist adı təbii ki, ABŞ-ın gücünə, qüdrətinə, dünyaya təsirinə görə verilib. Hal-hazırda dünyada ABŞ, Rusiya və Çin qlobal güclər sayılırlar və dümək olar ki, təkqütblü sitem iflasa uğrayıb.

Bəli, bu gün ABŞ-ın siyasətində böhran yaşanır. Əfqanıstan məsələsi də bu böhranın yalnız görünən tərəfidir, çox cuzi bir hissəsidir. Əslində isə ABŞ-ın daxili və xarici siyasətində çox ciddi böhran yaşanır. Lakin ABŞ-da orta təbəqə ölkənin siyasi kursunun, onun dayanıqlı iqtisadiyyatının, demokratik faydalarını əsas təbliğatçılarından biridir. Bu proses gedir və paralel olaraq korporasiyaların gücü artır. Tranmilli şirkətlərin siyasətə, cəmiyyətə, dünyaya təsiri artır. Artıq burada siyasətlə iqtisadiyyat arasında bir təzad yaranır. Çünki bir tərəfdən siyasət ictimai rəydən, sadə vətəndaşların səsindən asılıdır. Digər tərəfdən isə o böyük korporasiyaların dəstəyi olmadan siyasi hakimiyyət çox zəif görünür. Bu da ğzü-özlüyündə müəyyən böhran vəziyyəti yaradır. Buna görə də artıq demək olar ki, bu gün ABŞ-ın iqtisadi vəziyyəti çox ürəkaçan deyil və ABŞ iqtisadi hegemon simasını sürətlə itirir. Hətta texnoloji və bir çox sahələrdə artıq Çin ABŞ-ı önləyir.

ABŞ-ın dünya sistemi olaraq çökməsinə digər səbəb isə odur ki, hər dəfə prezident seçkilərindən sonra seçilən yeni prezidentin tamamilə fərqli xarici siyasət konturları olur. Məsələn Donald Trampın dövründə ABŞ beynəlxalq əməkdaşlıqdan xeyli dərəcədə təcrid olundu və müttəfiqlərindən uzaqlaşdı. Həmçinin ABŞ qlobal maraqlarından xeyli dərəcədə geri çəkildi. Məsələ burasındadır ki, hələlik Bayden administrasiyasının yürütdüyü siyasətin hüdudları, çərçivələri, konturları aydın deyil.

Ərəstun Oruclu: “Ümumilikdə ABŞ-ın çökmək üzrə olduğunu və çökdüyünü demək olmaz. Böhran var, amma çöküş yoxdur. Ən azından çöküşün əlamətləri yoxdur”.

ABŞ-da artıq sistem böhran yaşanır. Bu özünü iqtisadiyyatda, siyasətdə, daxili sosial durumda və bir çox amillərə göstərir. O cümlədən ABŞ-ın böhran vəziyyəti özünü beynəlxalq tərəfdaşlıqda da göstərir. Əlbəttə, Əfqanıstanda baş verən hadisə, Əfqanıstandan bu şəkildə çıxış ABŞ-ın nüfuzuna çox ciddi zərbə vurdu. Bu hadisə ABŞ-ı müttəfiqlərinin yanında bir etibarsız tərəfdaş kimi göstərdi və Vaşinqtona olan etimadı azaltdı.

Lakin hər bir halda ABŞ-ın böyük və ciddi resursları var və bu resurslar tükənməyib. Düşünmək olar ki, müəyyən islahatlar nəticəsində ABŞ öz əvvəlki durumuna qayıda bilər. Amma bu olacaqmı? Bunu zaman göstərəcək. Ümumilikdə ABŞ-ın çökmək üzrə olduğunu və çökdüyünü demək olmaz. Böhran var, amma çöküş yoxdur. Ən azından çöküşün əlamətləri yoxdur.

Ərəstun Oruclu: “ABŞ çox qısa zamanda dirçələ və yüksək nəticələr əldə edə bilər. Bu yaxın 10 ildə ABŞ-ın yürüdəcəyi siyasətdən asılı olacaq”.

Bir daha qeyd edim ki, ABŞ-da sistem böhranı da var. Bildiyimiz kimi ABŞ-ın sistemi olduqca çevik sistemdir. Əgər onun qarşısındakı maneələr, ilk növbədə də həmin korporasiyaların iqtisadiyyata, siyasətə təsirləri aradan qaldırıla bilərsə, ABŞ çox qısa zamanda dirçələ və yüksək nəticələr əldə edə bilər. Bu yaxın 10 ildə ABŞ-ın yürüdəcəyi siyasətdən asılı olacaq.

Unutmaq lazım deyil ki, ABŞ-ın qlobal güc olması üçün 4 zəruri amil var. Bunlar aşağıdakılardır:

1. ABŞ valyutası;

2. Texnoloji imkanları;

3. Hərbi gücü;

4. Bütün problemlərə baxmayaraq iqtisadiyyatının qlobal səviyyədə olması.

Gələcəkdə bu dörd amilin inkişafı, onun təsirinin artması üçün hansı yolların, üsulların seçilməsi önəmlidir.

Əgər ABŞ bir dünya sitemi olaraq süquta uğrayarsa, dünya bundan yaxşı heç nə əldə etməyəcək. Çünki bütün nöqsanlarına, bütün minuslarına baxmayaraq deməliyik ki, ABŞ dünyada çoxqütblülük yaradan güc deyil, həm də digər rəqibləri ilə müqayisə, yəni Rusiya və Çinlə müqayisədə müqayisə olunmaz dərəcədə demokratik və hüquqi dövlətdir. Bu amillərin ortadan götürülməsində sonra dünyanın hansı mənzərəni alacağını təsəvvür edin. Bunu təsəvvür etmək belə çətindir və arzuolunmazdır.

Bir daha qeyd edim ki, əgər ABŞ bir dünya sistemi olaraq süquta uğrayarsa, gələcəkdə dünya indiki sitemdən yaxşı heç nə əldə edə bilməyəcək. Bu birmənalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar