Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ hökuməti “iPhone”nun populyarlığına görə “Apple” şirkətini məhkəməyə verib

ABŞ Ədliyyə Departamenti “Apple”ə qarşı antiinhisar iddiası qaldıraraq şirkəti “iPhone” və qapalı “iOS” sistemi vasitəsilə smartfonlar bazarını qeyri-qanuni inhisarda saxlamaqda ittiham edib...

“Report”un məlumatına görə, bu barədə “ABC News” xəbər verib.

Departamentin Nyu Cersi ştatının federal məhkəməsində qaldırdığı iddia, prezident Cozef Bayden administrasiyasının ölkənin ən böyük texnologiya şirkətlərinin bəzilərinin rəqabətə zidd davranışlarını cilovlamaq cəhdlərinin sonuncusudur.

Ədliyyə Departamentinə bu işi qaldırmaq üçün 16 ştat və əyalət baş prokuroru qoşulub.

“Biz iddia edirik ki, “Apple” smartfon bazarında təkcə rəqiblərini mahiyyətcə üstələməklə deyil, həm də federal antiinhisar qanununu pozmaqla inhisar qurub. “Apple”ın hərəkətlərini nəzarətsiz qoymaq onun dominant mövqeyini möhkəmləndirməyə davam edəcək”, - Baş prokuror Merrik Qarland bildirib.

Ərizədə departament iddia edir ki, “Apple” qapalı “iOS” sistemindən smartfon bazarına nəzarətini saxlamaq və rəqiblərin istehlakçıları cəlb etməsinə mane olmaq üçün nəzərdə tutulmuş geniş, davamlı və qeyri-qanuni siyasətlər qəbul etmək üçün istifadə edib.

“Apple” şirkəti iddiaya kəskin münasibət bildirib. Qeyd olunub ki, şirkət insanlara texnologiyanı sevdirmək üçün hər gün yeniliklər edirik:

“Bu iddia bizim kim olduğumuzu və ciddi rəqabətli bazarlarda “Apple” məhsullarını fərqləndirən prinsipləri təhdid edir”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ən çox oxunanalar