Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ermənistanda daha bir sorğu keçirdi - Müxalifət şokda

ABŞ Ermənistanda daha bir sorğu təşkil edib. Məşhur “Gallup” şirkətinin ardınca bu dəfə ABŞ Beynəlxalq Respublikaçılar İnstitutu plebissit keçirib.

PİA.az xəbər verir ki, sorğuda iştirak edənlərdən “Bu bazar seçki olsa, kimə səs verərdiniz?” soruşublar. 42%-i “heç kimə səs vermərəm” cavabını verib, 33%-i Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini deyib. Yəni yenə ictimai rəğbətin ən çox Nikol Paşinyana və komandasına olduğu üzə çıxıb. 3%-i Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına, 2%-i Robert Köçəryana, 1%-i Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublikaçılar partiyası”na, 1%-i “Daşnaksütun” partiyasına, 1%-i Vazgen Manukyanın ətrafında birləşən və 17 müxalifət partiyasının yaratdığı siyası bloka, 1%-dən azı Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyasına səs verəcəyini deyib. Sorğu iştirakçılarının 12%-i isə “Bilmirəm” cavabını verib.

Siyasi ekspertlərin qənaətincə, bu sorğunun nəticələri Nikol Paşinyanın və müxalifətin keçirdiyi mitinqlərin nəticələri ilə üst-üstə düşür. Mitinqlər də göstərdi ki, Ermənistanda Nikol Paşinyana xalqın dəstəyi, bütün müxalifətə olan dəstəkdən çoxdur. İkincisi, bu sorğunun nəticələri keçmiş Ermənistan iqtidarında olan terrorçu Qarabağ klanına, onun liderləri olan Robert Köçəryana, Serj Sərkisyana, həmçinin Vazgen Manukyana, eləcə də Daşnaksütyun Partiyasına Ermənistan xalqının etimad göstərmədiyini ortaya çıxarıb. Bu klan Ermənistan əhalisini zamanında o qədər zülüm edib, Ermənistanı o dərəcədə fəlakətə sürükləyib ki, erməni əhali müharibəni uduzan baş nazir Nkol Paşinyanı müdafiə eləməyi indi də daha məqbul sayır.

Bəs bu nəticələr Paşinyanı bundan sonra ayağını “yerə” daha möhkəm basa, nəticələr onun müxalifətə qarşı daha da ruhlandıra bilərmi? Müxalif düşərgədə necə, ruh düşkünlüyü dərinləşə bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanda hakimiyyətlə müxalifət arasında siyasi böhranın davam etməsi baş nazir Nikol Paşinyanın mövqelərinin güclənməsi ilə nəticələnir: “Demək olar ki, vətəndaşlar iqtidarı 1 mart mitinqində dəstəkləməklə müxalifətə yerini göstərdi. Əsasən revanşistlərdən ibarət olan müxalifət Robert Köçəryanın dirijorluğu ilə səhnədə öz mövcudiyyətini qorumağa çalışır. Beynəlxalq sorğu təşkilatlarının Ermənistanda keçirdiyi sorğudan aydın oldu ki, Nikol Paşinyana xalqın böyük əksəriyyəti etimad edir. Xalqın əsas  qorxusu müxalifətin Qarabağla bağlı tutduğu mövqedir. Onlar revanşistlərin yenidən hakimiyyətə gəlib müharibə ehtimalını gündəliyə gətirməsindən narahatdılar. Keçirilən rəy sorğularında demək olar ki, əsas fiqur olan Köçəryanın 1 % reytinqinin olduğunu göstərdi. Bütün müxalifətin birləşməsi onlara Nikol Paşinyanın reytinqi qədər reytinqi gətirə bilməyib. Bu, onu göstərir ki, müxalifətin Ermənistda dayaqları bitib və xalq onların hakimiyyətə gəlməsinin üstündən xətt çəkib. Bu da Paşinayna yeni stimul verəcək.

Baş Qərargah üzərində əldə etdiyi qələbədən sonra Paşinyan konkret olaraq hərbi çevrilişə qalib gəldi. Bu mərhələdə Paşinyan müxalifət və onu dəstəkləyən hərbiçiləri fiaskoya uğratdı. Bundan sonra onlara qarşı siyasi təqiblər və cinayət işləri açacaq. Ermənistanda növbəti reperssiya dağlağasının olacağı gözlənilir. Paşinyan bununla Rusiyanın dəstəklədiyi siyasi qüvvələri Köçəryan və Onik Qasparyan timsalında onları dəstəkləyənləri çalışacaq ki, təcrid etsin. Yaranmış vəziyyət müxalifəti və müxalifət tərəfdarlarını dərin ruh düşkünlüyünə sürükləyəcək”.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Ən çox oxunanalar